27 Sentyabr -Anım Günü ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsində anım tədbiri keçirilib.
Daha sonra kollektiv Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib. Tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Bildirilib ki, şəhidlərimizin xatirəsini yaşatmaq, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Veteranlar döyüş yoldaşlarının xatirəsini yad edərək onlarla bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub və ehsan süfrəsi açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!
AVMVİB-in Mətbuat xidməti
.jpg)
.jpg)

.jpg)
