Tərtərdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

Tərtərdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər Abidə Kompleksi ziyarət edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Şəhid Ailələri İctimai Birliyinin sədri Suliddin Yusibov, Qazilər Birliyinin sədri Vəkil Vəliyev, AVMVİB-in Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, Ağdərə Rayon Qazilər Birliyinin sədri Etibar Vəliyev, qazilər və veteranlarımız iştirak ediblər.

Şəhidlərin abidəsi ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib. Şəhidlərin xatirəsinə Rayon İcra Hakimiyyəti tərəfindən ehsan verilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2026-09-27-at-20-08-39

Whats-App-Image-2026-09-27-at-20-08-39-(1)

Whats-App-Image-2026-09-27-at-20-08-40-(1)

Whats-App-Image-2026-09-27-at-20-08-40-(2)

Whats-App-Image-2026-09-27-at-20-08-40-(3)

Bu xəbəri paylaşın: