Pensiyalar nə qədər artacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini deyib.

Aldığımız məlumata görə, pensiya kapitalı da ötənilki inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək.

Xatırladaq ki, 2019-cu ildə rəsmi statistik məlumatlarda Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6 faiz təşkil edib.

E. Səlim

Bu xəbəri paylaşın: