«Ukrayna Azərbaycanlıları Radası»nın 1 yaşı tamam oldu

Ukraynada yaşayan vətənpərvər soydaşımız Eldar Tağıyev sosial şəbəkədə «Ukrayna Azərbaycanlıları Radası» 1 yaşının tamam olması ilə bağlı paylaşım edib:

На изображении может находиться: Эльдар Тагиев

«Ukrayna Azərbaycanlıları Radası» 1 yaşını qeyd edir. Bütün dünyanın, o cümlədən Ukraynanın qarşılaşdığı bu çətin ildə, pərakəndəlikdən vahid təşkilata doğru atılmış addımın vacibliyi, özünü birmənalı şəkildə sübut etdi.

Ukraynada yaşayan çoxsaylı soydaşlarımızın diaspor təşkilatlarında fəal iştirakına aparan yeni yollar açıldı. Azərbaycanın istənilən bir rayonunda əhalini bütövlükdə bir siyasi partiyaya üzv etmək mümkün deyil, amma o inzibati bölgüdə yaşayanlar özlərini o rayonlu hesab edirlər.

Biz də fərqli baxışlarımızdan və maraqlarımızdan asılı olmayaraq, vahid təşkilatımızı qoruyub saxlamalıyıq. Bu bizə yaşadığımız ölkənin siyasi həyatında layiqli yer tutmaq imkanı yaratmaqla bərabər, tarixi vətənimizlə əlaqələrimizin intensivləşməsinə də köməkdir.

Təşkilatımıza yeni uğurlar diləyirəm!»

Təbrik edir və soydaşlarımıza bu dəyərli fəaliyyətlərində uğurlar diləyirik!

Bu xəbəri paylaşın: