XRİSTİANLIQ VƏ İSLAMIN ERMƏNİ MƏSƏLƏSİNDƏ ROLU

ZABİT Babayev

Əxlaq … insanlığa qarşı pis olanların qavranılması və bunlardan imtina edilməsinə daxili çağırış hissidir.

Belə bir əxlaq sahibi olan Kant XVIII əsrdə Prussiyanin Konigsberdq şəhərində dogulub səksən il yaşamışdı. Dunyanin filosofları içərisində ilk professor filosof idi.

O, «Daimi Sülh» adlı əsərində bütün millətlər arasında daimi sülhü təmin etmək üçün bütün ölkələrin «Xalqlar dostluğu» içində birləşməli olduğu ideyasını irəli sürmüşdü. Onun bu fikri min doqquz yüz on doqquzuncu ildə Xalqlar Liqasının ..Millətlər Cəmiyyətinin .. yaradılması ilə nəticələndi.

Bu təşkilat min doqquz yüz qırx beşinci ildə BMT adlandırıldı. Sağlam düşüncə üzrə Kant fəlsəfi müddəası əsasında yaradılan bu təşkilat getdikcə ABŞ-ın mənafeyinin təminatçısına çevrildi. Odur ki, müasir dövrdə dövlətlərin ABŞ-ın mənafeyinə cavab verməyən hərəkətləri bu təşkilat tərəfindən dərhal aradan qaldırılır, digər məsələlərdə isə ayrı — ayrı dövlətlərin hərəkətlərinə sadəcə səthi hüquqi don geyindirilir. Məsələn, Ermənistanın Azərbaycana təcavüzünə qarşı BMT-nin qəbul etdiyi dörd qətnamə də bu qəbildən idi. Guya beynəlxalq hüquqa təminat verilmiş kimi BMT-nin qəbul etdiyi bu qətnamələr Rusiya da daxil olmaqla ABŞ-ın mənafeləri baxımından zəruri hesab edilmədiyinə görə icra olunmadı.

Hələ Millətlər Liqası yaradılarkən İngiltərənin baş naziri Llyord Corc ABŞ-ın belə bir təşkilatı yaratmaqda nə üçün maraqlı olduğunu ABŞ prezidenti Vidro Vilsondan soruşmuşdu. Vilson məqsədinin bəşəriyyətə xidmət etmək olduğunu demişdi. Bas nazir ondan «Sən Xristos olmaq istəyirsənmi ?» deyib soruşduqda Vilson: «Bəli , mən Xristos olmaq istəyirəm» demişdi. Lakin Corc dərhal anlamışdı ki, bu, ABŞ-ın mənafeləri baxımından olan Xristosluq idi.Beləliklə, ABŞ xristianlığı öz mənafeləri baxımından modernizasiya etdi və İsanın bəşəri mahiyyətini öz mənafeyinə təslim etdi.Azərbaycanla Ermənistan arasındakı muharibədə də ermənilərin ,,Xristosu,, olan Rusiya oz mənafeyi baxımından çıxış edir və xristian aludəçiləri olan ermənilərin xristianlıqlarını oz mənafeyinə uyğunlaşdırmağa çalışır.

Ermənilərə isə xristianlıq «Böyük Ermənistan» istəklərini reallaşdırmaq üçün bir vasitə kimi lazım gəlir. Onlar üçün İsa heç də mənəvi dəyər deyil. Bunu onlar turk azərbaycanlılara Xocalıda etdikləri qəddar soyqırımla sübut etdilər.Hansı ki,İsaya görə Allah rəhm edən varlıq olaraq səciyyələndirilirdi. Bütün bu qeyd edilənlərdən çıxarılan nəticə odur ki, ABŞ, Rusiya, Fransa kimi xristianları müdafiə edən dövlətlərin İsanın bəşəri mahiyyətilə qətiyyən uzlaşmayan modernizasiya olunmuş xristianlıq dinləri var. Bu xristianlığın başlıca qayəsi Allahın rəhmdarlığı və ədalətliliyi prinsipini pozub güclü olanın mənafeyinə üstünlük verməkdən ibarətdir.

Bu zaman ermənilər kimi xəstə təxəyyülü millətlər modernizasiya olunmuş xristianlıqda çirkin vasitəyə çevrildilər. Nəticədə, Kantın bütün ölkələri ,,Xalqlar dostluğu,, içində birləşdirmək ideyası iflasa uğradı. İslam birliyi isə İranın şiə.-sünni bölücülüyü sayəsində parçalanıb mövcud ictimai-siyasi vəziyyət qarşısında mürgü döyməklə məşğuldur. İran bir qədər də irəli gedərək ermənilərə, hətta qucaq açmaqdadır. Bütün bunlar onu deməyə əsas verir ki, müasir dünyanın xristianlığı da, islamı da insanlığa qarşı pis olanların qavranılması və bunlardan imtina edilməsinə daxili çağırış hissi olan əxlaqdan cox — cox uzaqda dayanır.

Bir sözlə, Xomneyni ilə Makron arasında heç bir fərqin olmadığı bir zəmanədə yaşayırıq…

Bu xəbəri paylaşın: