Gözəl Şuşa, nə yaxşı ki, sən azadsan!

Şuşa — bu ad hər bir azərbaycanlı üçün doğmadır.

Hər zaman öz gözəlliyi ilə dillərdə dastan olmuş bu şəhərin tarixi çox qədimdir. Şuşa şəhərinin əsası 18-ci əsrin ortalarında qoyulub. Tarixi mənbələrə görə, Qarabağ xanı Pənahəli xan düşmən hücumlardan qorunmaq üçün 1750-ci illərdə «Bayat» və «Şahbulaq» adlı qalalar tikdirir, lakin bu qalalardan heç biri xanlığı fasiləsiz hücumlardan qorumaq üçün yetərli olmadığını anlayır.

Azərbaycan tarixçiləri yazırlar ki, dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası əlverişli olduğundan Pənahəli xan qalanı elə burda salır.

Şuşa, əzəməti ilə Qarabağın göz bəbəyi sayılır.

Şuşa təəsüflər olsun ki, 1992-ci 8 may tarixində işğala məruz qaldı. O gün Azərbaycan xalqı matəm içərsindəydi, axı alınmaz qala sayılan Şuşa, necə itirilə bilərdi? Ancaq düşmən hər zamanki kimi fürsətçi idi. Azərbaycanın hərbi cəhətdən zəifliyini bilən düşmən 8 may tarixində Şuşanı ələ keçirdi.

Düşmən hiyləgər və yalançı idi, bu yalançı və həyasız toplum «Şuşanın Ermənistanın olacağına» qədər gedəcəyəni düşünürdü. Azərbaycan tərəfi dəfələrlər siyasi müstəvilərdə Şuşa daxil olmaqla, Qarabağın geri qaytarılması ilə bağlı təkidlər etmişdi. Bunlara məhəl qoymayan Ermənistan, sonunda Azərbaycanın haqlı olan qəzəbinə düçar oldu. 27 Sentyabr 2020-ci ildə Ermənistan yenidən cəbhəboyu ərazilərdə atəşkəs rejmini pozduğu üçün Azərbaycan genişmiqayaslı azad etmə əməliyyatına başladı. Ard-arda gələn qələbələr, sonunda, 8 noyabr 2020-ci il tarixində bizi doğma Şuşamıza qovuşdurdu.

Şuşanın işğaldan azad edilməsi ilə bağlı eşitdiklərimiz doğurdan da bir azərbaycanlı olduğumuza, qanımızdan türk qanı axdığına görə bizi bir daha qürurlandırdı. Şuşa qayalarından düşmənə etdiyimiz həmlə düşmənin ağlına belə gəlməzdi. Bu gün Şuşa azaddır, bu bizim üçün fəxrdir. Hər il biz bu günü 8 mayı qəm, kədər hissi ilə qarşılayırdıqsa, artıq uzun 29 ildən sonra bu günü biz qürurla qarşıladıq, qürur duyuruq ki, şəhidlərimizin qanı yerdə qalmadı, qürur duyuruq ki, biz bu gün Şuşadayıq, Şuşanın Azərbaycan üçün əvəzedilməz olmasını Prezdent cənab İlham Əliyev dönə-dönə qeyd eləyib. Bu gün Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi ilə bir daha bunu sübut etdi.

Son olaraq yazımı Cənab İlham Əliyevin bu sözləri ilə tamamlamaq isdəyirəm: «Əziz Şuşa, sən azadsan.»

Fərid Səlimov

Tələbə

Bu xəbəri paylaşın: