Zairləşdirmə

Jozef-Dezire Mobutu Konqo prezidenti olan kimi dərhal olaraq əcnəbi dilləri qadağan etdi. Dəqiqləşdirmək üçün qeyd edək ki, sözləri deyil, məhz əcnəbi dilin özünü qadağan etdi. Ölkə ərazisində fransız, ingilis və s. digər ənənəvi dillərdə danışmaq olmazdı. Elə bununla da “Zairləşdirmə” kursu, daha doğrusu öz köklərinə, yəni mənşəyinə geri dönmə prosesi başladı.

Zair adlandırılmağa başlayan Konqo da hər şey afrikansayağı görünüş almağa başladı. Buraya təbii olaraq geyim, davranışlar, qida da daxil idi. Fransız adlarına sahib olan ölkə vətəndaşları adlarını yerli adlarla əvəz etməyə məcbur idilər.

Mobutu özü vətəndaşlara nümunə olmaq qərarına gəldi. Bu andan etibarən o Mobutu Sese Seko Kuku Nqbendu va za Banqa adlanmağa başladı ki, bu da tərcümədə “Dəmir iradəsi və dözümlülüyü sayəsində qələbədən qələbəyə gedən və yolunun üzərindəki hər kəsi məhv edən yenilməz savaşçı” mənasını verirdi.

Bundan əlavə, Zairdə kütləvi ad dəyişdirilməsi prosesi başlandı. Şəhər və qəsəbələrə, həmçinin digər obyektlərə yerli adlar qoyulmağa başlanıldı. Hətta Viktoriya gölü belə bu ad dəyişdirilməyə məruz qalır və göl prezidentin adı ilə oxşar Mobutu Sese Seko adlandırılır. Əlbəttə, gölə çıxışı olan digər ölkələr gölün adını dəyişmədilər.

1997-ci ildə Mobutu devrilir, zairləşdirmə isə dayandırılır. Hazırda ölkə Konqo Demokratik Respublikası, Viktoriya gölü isə hər yerdə olduğu kimi Viktoriya adlanır.

Bu xəbəri paylaşın: