17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunan “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası baş tutacaq.
Fedai.az xəbər verir ki, Layihə rəhbəri və idea müəllifi Turan döyüş sənəti olan Dünya Alpaqut Federasiyasının ideoloji məsələlər üzrə vitse-prezidenti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin fəxri üzvü bəstəkar, yazar Fərahim Sadiq olan kompazisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir. Ədəbi-bədii musiqili kompazisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar.
Kompazisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.
Qeyd edək ki, layihəyə təşkilati dəstəyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Həzi Aslanov adına İdealoji və Mədəniyyət Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və Azərbaycan Alpaqut Federasiyası göstərib.