Polkovnik Salman Musayevin doğum günüdür

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DİN DQ) həyatında öz dəst-xətti və xüsusi xidmətıəri olan, yüksək peşəkarlığı, yüksək əxlaqi keyfiyyətləri, humanistliyi, təmənnasızlığı, əmək  sevərliyi, təşəbbüskarlığı, nizam-intizamı, insanlara qarşı qayğıkeş münasibəti, prinsiplərinə sadiqliyi, savadı, səmərəli fəaliyyəti, işgüzar təcrübəsi, dəqiqliyi, təmkinliyi, sadəliyi, xeyirxahlığı, səmimiyyəti,  idarə etmə qabiliyyəti, təvazökarlığı, həmçinin iradı və mənəvi keyfiyyətləri  ilə seçilən, ətrafdakı insanların yüksək rəğabətini  qazanmış, ömrunun ən məhsuldar dövrünün 31 ( otuz bir ) ildən çox şərəfli xidmət yolunu DİN DQ-də keçirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquq  işləri üzrə müavini, Yeni Azərbaycan Partiyasının üzvü, peşəkar hərbçi və hüquqşünas polkovnik Salman Cəlal oğlu Musayevin 18 dekabr  dünyaya göz açdığı doğum gündür.

 Dogum günü münasibətilə Salman Musayevi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinin, DİN DQ-nin ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizıəri, yaxın qohumları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzu edib deyirlər: “Salman müəllim, qoy yaşının üstə gələn bir yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl, mənalı keçsin”.

Polkovnik Salman Musayevin həyat bioqrafiyası çox zəngindir. O, 18 dekabr 1959-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Senebi kəndində zəhmətkeş ailədə anadan olub.

Salman Musayev 1972-ci ildə Senebi kənd ibtidai məktəbini, 1977-ci ildə Bolnisi rayonunun Akaurt (Ayorta) tam orta məktəbini,1984-cü ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ-nin 60-iliyi adına Sankt-Peterburq  (keçmiş Leninqrad) Ali Hərbi Siyası Məktəbini, 2001-ci ildə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

O, SSRİ DİN-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Rostov şəhərində yerləşən Zaqafqaziya üzrə Baş İdarəsində, Daxili Qoşunların Tbilisi şəhərində yerləşən diviziyasında, həmçinin Daxili Qoşunların Tbilisi, Kutaisi və Bakı şəhərlərində yerləşən hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarında, ixtisasartırma kurslarında,  xüsusi-taktiki təlimlərdə, seminar və konfraslarda fəal iştirak edib.

Salman Musayev 1977-1978-ci illərdə ilk əmək fəaliyyətini Gürcüstan Respublikasının Rustavi şəhərində yerləşən metaləritmə zavodunda 3-cü dərəcəli montajçı vəzifəsində işləyərək başlamış və sonralar 1978-1980-ci illərdə SSRİ  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Dnepropetrovsk və Xabarovsk şəhərlərində yerləşən mühüm dövlət əhəmiyyətli obyektlərin mühafizəsi üzrə hərbi hissələrdə manqa komandiri, taqım komandirinin müavini vəzifələrində müddətli həqiqi hərbi xidmətdə (cavuş və baş cavuş hərbi rütbələrində) olmuşdur.

O, 1984-1991-cü illərdə SSRİ Daxili İşəlr Nazirliyinin Daxili Qoşunlarının Tbilisi, Kütaisi, Rustavi, Naxçıvan şəhərlərində və Gürcüstan Respublikasının Xoni (keçmiş Çulqidze), Tsxaltubo və Sakareco rayonunlarında yerləşən konvoy-mühafizə alaylarında, əlahiddə xüsusi motorlaşdırılmış milis taborunda taqım komandiri, motorlaşdırılmış milis patrul bölüyün  komandiri, ayrı yerləşən mühafizə-konvoy bölüyün komandiri, hərbi hissənin Qərargah rəisinin döyüş hazırlığı üzrə baş köməkçi vəzifələrində xidmət edib.

Polkovnik Salman Musayev 1991-1993-cü illərdə DİN DQ-nin  Binəqədi rayonunda yerləşən xüsusi motorlaşdırılmş polis alayında döyüş  və mənəvi pisxoloji hazırlıq bölməsının rəisi, Daxili Qoşunların Baş İdarəsinin (DQBİ) Şirvan (Əlibayramlı) şəhərində yerləşən yeni yaradılmış Tədris alay komandirinin birinci müavini, Tədris alayının komandiri, 1993-1999-cu illərdə DQBİ-nin döyüş hazırlığı idarəsinin rəisi, 2000-2009-cu ilərdə isə DQBİ-nin İnspeksiyasının (İdarə səlahiyyətli) rəisi vəzifələrində Vətənə sədaqətlə xidmət etmişdir. O, Daxili İşlər Nazirnin müvafiq əmri ilə 1993-cü ilin noyabr ayından 2004-cü ilin yanvar ayınadək Daxili Qoşunlar Komandanın birinci müavini vəzifəsini şərəf və məsuliyyət hissi ilə   icra etmişdir.

Salman Musayev 1992-ci ilin may-iyun aylarında Zəngilan və Qubadlı rayonlarının bir sıra yaşayış məntəqələrinin erməni terrorçularının hücumlarından dəf edilməsi və əks-hücum əməliyyatlarının kecirilməsinə rəhbərliyi həyata keçirib. 1993-cü ilin fevral -sentyabr aylarında Ağdam, Ağdərə rayonlarının müdafiəsi üzrə əməliyyatların hazırlanması, aparılması və həyata keçirilməsində fəal  iştirak edib. 1993-cü ilin noyabr ayından 1994-cü ilin  yanvar  ayınadək Füzuli rayonunun 11 (on bir) yaşayış məntəqəsinin və Horadiz qəsəbəsinin düşməsindən azad edilməsi ücün müvafiq əməliyyat planlarının (əmrlərin, müvafiq sənədlərin) hazırlanması və həyata keçirilməsində, eləcə də döyüş əməliyyatlarında üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirib. 44 günlük 2-ci Qarabağ Vətən  müharibəsində də polkovnik Salman Musayev hərbi qullqcularmızın yanında olaraq öz köməkliyini onlardan əsirgəməmişdir.

Polkovnik Salman Musayev DQBİ-nin bir çox hərbi hissələrinin bölmələrindən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə, Dövlət Yanğın Təhlükəsizlik, Bakı şəhər rayonlarının polis idarələrinin, Əlahiddə Çevik Polis Alayının, Xüsusi Təyinatlı Polis Dəstəsi və Sərhədyanı Polis şöbələrindən ibarət Qruplaşmış Birləşmənin ön cəbhə qərargahının rəisi səlahiyyətlərini vaxtaşarı olaraq  məsuliyyət və şərəf hissi ilə yerınə yetirib. O, Azərbaycan Respubilkası Silahlı Qüvvələri və müharibə veteranıdır.

Salman Musayev 1984-ci ildə SSRİ DİN-in Daxil Qoşunlarının Gürcüstan Respublikasının Kütaisi şəhərində yerləşən Mühafizə-Konvoy alayında taqım və  əlahiddə mühafizə -konvoy bölük komandiri vəzifəsində xidmət etdiyi dövrlərdə Xobi (keçmiş Çulqidze) və Çaqeri rayonlarında  baş vermiş təbii daşqınlar zamanı 30-dan cox  mülki insanları xilas etmiş, eyni zamanda 1985-1989-cu illərdə Gürcüstan Respublikasının Tsxaltubo rayonunun Qequtu,   Xoni  rayonunun  Dedlauri və Namaşevi qəsəbələrindəki cəzaçəkmə müəssisələrindən qaçmış 25 nəfərdən çox məhbus dəstəsi onun rəhbərlik etdiyi əməliyyat-axtarış qrupu tərəfindən zərərsizləşdirilmişdir.

O, Gürcüstan Respublikasının Rustavi, Tbilisi  şəhərlərindəki,  Saqareco və Ksani rayonlarındakı cəzaçəkmə (islah-əmək) müəssisələrində, Gürcüstan Respublikasının  Çxinvali rayonunda baş vermiş kütləvi iğtişaşların qarşısının alınmasında, həmçinin müstəqil respublikamızın, dövlətçliymizin qorunması naminə Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində, Qusar, Samux, Zaqatala və Babək rayonlarında kütləvi iğtişaşların qarşısının alınmasında, həmin bölgələrdə yerləşən Daxili işlər orqanlarının polis əməkdaşları ilə əməliyyata cəlb edilən Daxili Qoşunların hərbi hissələrində ibarət birləşmiş dəstələrin şəxsi heyətinə əməliyyat rəhbərinin qoşunlar üzrə müavini kimi rəhbərlik etmişdir.

Polkovnik Salman Musayev 1994 — 2007- ci illərdə Azərbaycan Respublikasının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qusar və Xaçmaz bölgələrində kriminogen vəziyyətin gərginləşdiyi bir zamanda barələrində axtarış elan edilmiş mütəşəkkil və digər təhlükəli cinayətlərin axtarışı, gizlədilmiş silah-sursatların, partlayıcı vasitələrin və yabanı halda bitmiş narkotik tərkibli bitkilərin tapılıb zərərsizləşdirilməsi, mühum obyektlərin mühafizəsi üzrə «Sərhəd» adlı xüsusi əməliyyatlarda Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə əməliyyat qərargahının üzvü, müavini və rəhbəri  kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  o, bölüyün və taborun Komsomol və Kommunist Partiya təşkilatının katibi, 1995-2003-cü illərdə Daxili İşlər Nazirliyinin Bədən Tərbiyəsi və İdman Cəmiyyəti şurasının sədrinin müavini, DQBİ-nin Attestasiya və mandant komissiyalarının,   İdman komtəsinin, hərbi elmi-səmərələşdirici və ixtira işləri, metodiki və zabitlər şuralarının sədri, 1997-2009-cu illərdə isə DQBİ-nin  Mənzil-məişət (komunal) komissiyanın sədri kimi ictimai vəzifələri layıqincə yerinə yetirmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarından, Azərbaycan Respublikası Qanunlarından,  Nazirlər Kabinetinin qərarlarından Daxili Qoşunların fəaliyyət istiqamətləri ilə bağlı irəli gələn məsələlər üzrə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və digər nazirliklərlə birlikdə razılaşdırılmış bir çox hüquqi-normativ sənədlərin (nizamnəmələrin, əmrlərin, təlimatların, əsasnamələrin  və planların) hazırlanması ilə ələqədar  1995-2002-ci illərdə işci qurupun tərkibində olaraq üzərinə düsən vəzifələri layiqincə yerinə yetirib. Bundan əlavə Daxili Qoşunlar Komandanın müvafıq əmrinə əsasən polkovnik Salman Musayev 1994-2004-cü illərdə Daxil Qoşunların Baş İdarəsinin idarə, şöbə və xidmətlərinin, həmçinin  hərbi hissə və əlahiddə bölmələrinin, eləcə də tədris müəssisələrinin və təlim mərkəzlərinin fəaliyyəti istiqamətlərini tənzimləyən qanunqüvvəli aktlarln (metodik vəsaitlərin, əsasnamələrin, əmrlərin, təlimatların, proqramların) hazırlanması üzrə işci qrupuna bilavəstə  rəhbərlik etmişdir.

1995-2003-cü illərdə Daxili Qoşunların və Daxili İşlər orqanlarının döyüş hazırlığının yüksəkəldilməsində DİN-in Baş İctimai Təhlükəsizlik  və Baş Cinayət Axtarış İdarələri ilə birlikdə şəhər və rayon polisləri ilə birgə  qərargah və xüsusi-taktiki təlim məşqlərinin keyfiyyətli keçirilməsinə bilavəstə rəhbərlik edib. 2001-2002-ci  illərdə Respublika Güllə Atıcılıq Fedarasıyasının Azərbaycan Respublikası  güc strukturlarının güllə atıcılığı üzrə şəxsi-komanda birincliliyi üğurunda  iştirak etmək üçün DİN-in müvafiq əmri ilə Daxili Qoşunların və polis orqanlarının kişi və qadın əməkdaşlarından ibarət yığma komandaların hazırlanmasına baş rəhbər təyin olmuşdur. Onun rəhbərlik etdiyi  DİN-in hər iki  yığma komandası birinci və ücüncü yerlərin qalib olaraq müvafiq kubok və diplomlarla  mükafatlandırlmışdır.

1997-ci ilın aprel ayında Türkiyə Cümhuriyyətinin Jandarma Baş Komandanlığının və Polis Akademiyasının rəhbərliyinin dəvəti ilə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul, İzmir və Foce şəhərlərində yerləşən hərbi hissələrin, hərbi məktəblərin  tikiş fabriklərin, DİN- in  Polis Akademiyasının  bütün fəaliyyət istiqamətləri üzrə yaxından tanış olmaq məqsədilə işgüzar səfərdə olub. 30 oktyabr 1997-ci il tarixidə Türkiyə və Azərbaycan hökumətlər arasında təlim-təhsil və  təhcizat istiqamətində imzalanmış protokolda göstərlən maddələrin yerinə yetirilməsi, zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların təliminin təkimləşdirməsi üzrə Ali hərbi məktəbin  və tədris mərkəzinin yaradılması ilə əlaqədar Jandarma Qüvvələrinin zabitləri ilə birlikdə lazımi sənədlərin, proqramların, təlim şəhərciklərinin hazırlanmasına və digər tədbirlərin həyata keçirilməsinə bilavəstə rəhbərlik edib.

Polkovnik Salmam Müsayev Ulu Öndərin idealarına, Dövlət Başçısının yeritdiyi siyasətə, dövlətçiliyə sadiq, hər zaman sözü ilə əməli bir olan zabit kimi səciyələnir. Qanunvericilik ilə Daxili Qoşunlara həvələ edilmis vəzifələrin yerinə yetirilməsində,  cinayətkarlığa qarşı mübarizənin təşkilində, eyni zamanda Daxili Qoşunlar Komandanın birinci müavini vəzifəsini icra edən zabit kimi kuratoru olduğı xidmət sahələrinin  fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirilməsində, dövlətin konstitusyon quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində onun diqqətə layıq rolu olmuşdur.

Polkovnik Salman Musayev bir çox hərbi və hüquqi məqalələrin müəllifidir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xidməti-döyüş fəyaliyyəti  və döyüş hazırlığı üzrə 16-dan çox metodiki vəsait və dərslik, 15-dən çox hərbi məqalə, 6 metodiki-təşkilat göstərişi, 1 (bir) döyüş hazırlığı üzrə normativlər toplusu, 13 (on üc) təlimat, 2 (iki) direktiv, zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların,   bütün hərbi hissələrin, tədris müəssisələrin, Xüsusi təyinatlı dəstlərin və əlahiddə bölmələrin  təynatına uyğun döyüş və ictimai siyası hazırlıq üzrə 12 -dən artıq tədris proqramın, eyni zamanda bütün dərəcəli hərbi qulluqçuların tədris fənləri üzrə yekun (təftiş), təlim və ümümi yoxlama, İnispeksiya yoxlamasında isə bütün dərəcəli hərbi qulluqçuların tədris fənləri üzrə imtahan testləri, idarə, şöbə, xidmət, hərbi  hissə və əlahiddə  bölmələrin  isə  bütün sahələr üzrə bal sistemi ilə qiymətləndirilməsi  sualları ilk dəfə NATO sisteminə uyğun polkovnik Salman Musayev tərəfindən hazırlanmışdır.

Salman Musayevə hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə həvəsləndirmə qaydasında vaxtından əvvəl 1992-ci ilin avqust ayında «mayor», 1995-ci  ilin mart ayında «polkovnik — leytenant», 1998-ci ilin avqust ayında isə «polkovnik» hərbi rütbələri verilmişdir.

Polkovnik Salman Musayev Sambo, Əlbəyaxa döyüş üzrə birinci və bir neçə  atıcı silah növləri üzrə isə SSRI İdman ustasına namizəd dərəcəsinə malikdir. 1997-ci ildə yeniyetmələr arasında Rafiq İsmayılovun xatirəsinə həsr olunmuş Beynəlxalq yarışın, 1995-2000-ci illərdə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissə və əlahiddə bölmələri arasında keçirilən çoxnövçülük, güllə atıcılıq, yüngül atletika, əlbəyaxa, sambo, dzüdo, voleybol, mini-futbol, ağırlıq qaldırma üzrə yarışların təşkili və keçirilməsi üçün baş hakim olmuşdur.

Xidməti  və ictimai vəzifə borclarını  yerinə yetirərkən, fərqləndiyinə, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə  Daxili İşlər Nazirinin və Daxili Qosunlar Komandanın, Türkiyə Jandarma Qüvvələrinin Komandanlığının,  Ali hərbi məktəb rəisinin, diviziya, hərbi hissə və  əlahiddə tabor komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin  müvafiq  əmrləri ilə Daxili İşlər Nazirliyinin  «Əla Xidmətlərə görə» döş nişanı ilə, Din-in Daxili Qoşunların  «Əla Xidmətlərə görə»  1-ci və  2-ci  dərəcəli döş, yubiley və müvafiq idman dərəcə nişanları ilə  təltif edilib, eləcə də pul mükafatları ilə, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, təşəkkürnaməmələrlə mükafatlandırlıb və ona  təşəkkür elan edilib.

Döyüş hazırlığında  əla göstəricilərə görə, təlimlərdə, döyüş  xidməti  və döyüş növbəsində xüsusi fəriqlənməyə görə, şücaət, fədəkarlıq  göstərdiyinə, xüsusi, ictimai   və diğər xidmətlərinə görə  SSRİ Ali Soveti və Azərbaycan   Respublikası- nın Prezidenti adından Daxili  İşlər Nazirinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələri Veteranı» medalı;

2.”Hərbi xidmətdə fəriqlənməyə görə”  3-cü dərəcəli  medal;

3.”Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medal — Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

4.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;

6.”SSRİ Silahlı Qüvvələrinin» 70 —  illiyi (1918-1988)” yubiley medalı;

7.”Rusiya Federasiyasının Sankt-Peterburq  şəhərində yerləşən  «LKGİ-nin 60 illiyi adına Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali hərbi siyasi məktəbin 70 illiyi (1944-2014)” yubiley medalı;

8.”Rusiya Federasiyasının Sankt- Peterburq  şəhərində yerləşən  LKGİ-nin 60 illiyi adına Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali hərbi siyasi məktəbin 80 illiyi (1944-2024)” yubiley medalı;

9.»Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 — illiyi (1991-2001)”  yubiley medalı;

10.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley  medalı;

11.”Böyük Zəfər” medalı;

12.”Müharibə Veteranı” iştirakcısı medalı;

13.”Milli Ordunun (Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin ) 100 illiyi (1918-2018)” yubiley medalı;

14.”Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 illiyi (1994-2019)” yubiley  medalı.

Salman Musayev xidmətdə fəriqləndiyinə görə  Gürcüstan Mərkəzi Komsomol Komitəsinin və Kommunist Partiyasının birinci katibinin müvafiq qərarları ilə fəxri fərmanlarla, diplomlarla  və qiymətli hədiyələrlə  mükafatlandırlıb.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci  il tarixli 725 saylı sərəncamına əsasən  Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkkil cinayətkarlığa, terrorizmə və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində xüsüsi ilə fərqlənməyə, şücaət və igidlik göstərdiyinə görə, polkovnik Musayev Salman Calal oğlu «Hərbi xidmətlərə görə” medalı  ilə təltif olunub.

Polkovnik Salman Musayev 2009-cu ildə  Silahlı Qüvvələrdən ehtiyata buraxılıb və və hal-hazırda Dövlət qulluğuni davam etdirir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavinidir.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN, SALMAN MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN! HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
 DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2024-12-17-at-14-52-18

Whats-App-Image-2024-12-17-at-14-58-57

Whats-App-Image-2024-12-17-at-14-58-58

Whats-App-Image-2024-12-17-at-15-01-56

Bu xəbəri paylaşın: