AVMİB SƏDRİ FÜZULİ RZAQULİYEV 15 İYUN — MİLLİ QURTULUŞ GÜNÜNDƏN YAZDI

FÜZULİ Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. Zaman keçdikcə bu tarixin dəyəri və ölkəmizin hansı bəlalardan qurtulması həqiqətlri daha aydın görünməkdədir. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı qoca Tarixin bir sifarşi idi. Bu qayıdış ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.


İstər xarici, istərsə də daxildəki düşmənlər ölkədə qəsdən yaradılmış xaosdan və hakimiyyət böhranından faydalanaraq Azərbaycanı yox etməyə çalışırdılar. Xalqın gözləri o Böyük Liderə — Heydər Əliyevə dikilmişdi. Bir tərəfdən Ermənistan və havadarları tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Xalq çıxılmaz vəziyyətə salınmışdı. 1 milyona yaxın qaçqın və məcburi köçkün dalğası, H. Əliyevə təzyiq etmək üçün bir sıra ərazilərimizin işğalı, separatizm, neft müqaviləsinin imzalanmamasına yönəlmiş təxribatlar, çevriliş cəhdləri Ulu Öndəri öz tutduğu yoldan döndərə bilmədi. O, siyasi ustalıqla daşları öz yerinə oturtmağa, nizami ordu yaratmağa və Dövlətçiliyin əsaslarını möhkəmləndirməyə girişdi.


1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu.


Azərbaycan öz Dövlətçiliyinin bərpası yolunda dönməz və inamlı addımlar atmaqla beynəlxalq aləmdə nüfuz qazandı. Məhz Ulu Öndərin layiqli davamçısı İlham Əliyev onun ideyalarını uğurla həyata keçirdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Vətən tariximizin ən şanlı səhifəsidir və əsrlərcə gözlədiyimiz bu gün qızıl hərflərlə tariximizə yazıldı. Bu tarixi Zəfərin qazanılmasında İlham Əliyevin müdrik siyasəti nəticəsində xalq, ordu cəmiyyətimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi.

Bu hər bir azərbaycanlı Ümummilli Lider H. Əliyevin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər xatırlayır: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu — biz onlarsız yaşaya bilmərik”.


Bu gün bu istəyi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev reallaşdırıb. Bundan sonra da adı ölkə tarixiylə qoşa yaşayacaq Ulu Öndərin irəli sürdüyü ideyalar qalib gələcək…

Bayramınız mübarək!

Bu xəbəri paylaşın: