«Məşğulluq haqqında qanuna edilən dəyişikliyə əsasən, iş axtaran və peşə təhsilindən istifadə etmək istəyən vətəndaşlarımıza minimum əməkhaqqının 50 faizi həcmində (172 manat) təqaüd veriləcək».
Fedai.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, məqsəd həm daha çox vətəndaşımızın peşə təhsilinə cəlb edilməsi, həm də onların işlə təmin olunmasına nail olmaqdan ibarətdir:
«İlkin qiymətləndirməyə görə, bu, təxminən 15 min vətəndaşımızın peşə təhsilinə cəlb edilməsinə imkan verəcək və həmin vətəndaşlarımız minimum əməkhaqqının — 345 manatın 50 faizi həcmində təqaüd almaq imkanına malik olacaqlar. Bir tərəfdən peşənin öyrənilməsi, digər tərəfdən isə təqaüdün verilməsi onların daha qısa zamanda əmək bazarına daxil olmasına və işlə təmin olunmasına imkan yaradacaq.