Təbrik: Bəyalı Əliyev — 75

İnsan ücün ən yaddaqalan günlərdən biri də onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi qeyd olunur.

Bu gün daha bir silahdaşımızın — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şabran rayon şöbəsinin sədri Əliyev Bəyalı Eynal oğlunun dünyaya göz açdığı gündür. İyun  ayının 14-də onun 75 yaşı tamam olur.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Əliyev Bəyalı Eynal oğlunun yubileyi munasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi, AVMVİB Mətbuat xidmətinin kollektivi, doğmaları, iş və döyüş yoldaşları səmimi-qəlbdən təbrik edir, yubilyara həyatda insan üçün ən şirin nemət  olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edirlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB Şabran rayon şöbəsinin sədri Əliyev Bəyalı Eynal oğlunu yubiley münasibəti iıə təbrik etmiş, təşkilatın işlərində göstərdiyi səmərəli fəaliyyətinə görə onu Fəxri Fərmanla təltif etmişdir.

AVMVİB Mətbuat xidməti

987gfd

Whats-App-Image-2024-06-14-at-16-52-52

Whats-App-Image-2024-06-14-at-16-52-52-1

Bu xəbəri paylaşın: