AVMVİB SƏDRİNDƏN BAYRAM TƏBRİKİ

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev xalqımızı, müharibə veteranlarını və şəhid ailələrini Qurban bayramı münasibətilə təbrik edib.


Təbrikdə deyilir:

— Əziz şəhid ailələri və dəyərli döyüşçü qardaşlarımız!

Əziz Azərbaycan xalqı!


Bu günlər xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə hər birinizi təbrik edirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qoy bizim kəsəcəyimiz qurbanlar və edəcəyimiz dualar şəhid qanlarıyla azad edilmiş Vətən torpaqlarımızın yenidən qurulmasına və abad olmasına bir vəsilə olsun.


Bir daha Sizləri və doğma xalqımızı müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.


Uca Allahdan istəyimiz budur ki, bizim qarşıdakı illərimiz də belə zəfər müjdəli bayram olsun, ali məqsədlər uğrunda qurban vermək mədəniyyətini bizlərə nəsib etsin və xalqımıza milli-mənəvi dəyərlərimiz ətrafında gerçək həmrəylik əta etsin.


Kainatın yaradıcısı və aləmlərin Rəbbi uca Allaha sonsuz şükrlər olsun! Tariximizə qanımızla yazdığımız belə zəfərləri bizlərə çox görməsin! Komandanımızı fateh, ordumuzu müzəffər etsin! Qurban bayramı bütün insanlıq üçün xeyirlərə vəsilə olsun.

Qurban bayramınız mübarək!

Bu xəbəri paylaşın: