Rusiyanın Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu qəbul edib.
“Fedai.az” xəbər verir ki, bu barədə məlumatı Dumanın spikeri Vyaçeslav Volodin öz teleqram kanalında açıqlayıb.
“Miqrantların uşaqları rus dili biliyi olmadan məktəbə qəbul edilməyəcək”, — deyə Volodin qeyd edib.
409 deputat sözügedən təşəbbüsün lehinə, 1 nəfər isə əleyhinə səs verib.
Onun sözlərinə görə, səlahiyyətlilər uşaqların məktəbə qəbulu zamanı onun Rusiyada olmasının qanuniliyini mütləq yoxlayacaqlar. Volodin xatırladıb ki, 2024-cü ilin əvvəlindən Dövlət Duması Rusiyanın miqrasiya siyasətinin təkmilləşdirilməsinə istiqamətlənən 14 qanun qəbul edib.