60 illik yubelyin mübarək, ŞƏHİD bacısı!

Bu gün Şəhid bacısı, Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının fəalı, 123 saylı Kəlbəcər seçki dairəsinin 6 saylı seçki məntəqəsinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri üzvü Həqiqət Xansuvar qızı Məmişovanın doğum günü yubileyidir. Dekabr ayının 21-i onun 60 yaşı tamam olur.

Həqiqət Məmişova Xansuvar qızı Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və Fizika fakültəsini fərqlənmə ilə bitirib. Təyinatla Kəlbəcər rayonu, Çaykənd kənd orta məktəbində müəllim işləyib. 1993-cü il 2 aprel tarixdə Ermənistan hərbi birləşmələri tərəfindən Kəlbəcər rayonu işğal edildiyinə görə ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüş və müvəqqəti olaraq Bakı şəhər Sabunçu rayonunda məskunlaşıb. Sabunçu rayon Zabrat qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktorudur.

Həqiqət xanım Məmişova qazilərə, müharibə veteranlarına və onların övladlarına daima yüksək diqqət və qayğı göstərmişdir. Onun rəhbərlik etdiyi məktəbdə şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkilatının nümayəndələrinin iştirakı ilə şəhidlərimizin əziz xatirəsi ilə bağlı müntəzəm olaraq tədbirlər keçirilir, şagirdlərdə vətənpərvərlik və milli iftixar hissi daha da möhkəmləndirilir. Həqiqət Xansuvar qızı Məmişova qazi və veteranlarımızla təmasda olan vətənpərvərlərimizdəndir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) belə insanlarımızı təqdir edir və fəxr duyur.

Xanım direktor Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvlərinin bacısı və sevimlisidir. Həqiqət xanım bu münasibətlə bağlı çıxışlarının birində demişdir:

«Qardaşım Etibar Şəhid oldu, minlərlə qardaş qazandım. Bütün qazilərin və veteranların simasında qardaşım Etibar Məmişovu görürəm».

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və üzvləri Həqiqət xanınmı doğum günü yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür cansağlığı arzu edir!

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2024-12-21-at-14-26-17

Whats-App-Image-2024-12-21-at-14-26-17-1

Whats-App-Image-2024-12-21-at-15-27-06 Whats-App-Image-2024-12-21-at-15-32-52

Whats-App-Image-2024-12-21-at-15-33-18

Whats-App-Image-2024-12-21-at-15-34-17

Whats-App-Image-2024-12-21-at-15-22-52

Whats-App-Image-2024-12-21-at-15-22-52-1

Whats-App-Image-2024-12-21-at-15-22-52-2

Whats-App-Image-2024-12-21-at-15-22-53

Whats-App-Image-2024-12-21-at-15-22-54

Whats-App-Image-2024-12-21-at-15-22-54-1

Whats-App-Image-2024-12-21-at-15-22-54-2

Whats-App-Image-2024-12-21-at-15-22-54-3

Whats-App-Image-2024-12-21-at-15-22-54-4

Whats-App-Image-2024-12-21-at-15-22-54-5

Bu xəbəri paylaşın: