Bir qazinin Zəfər nəğməsi

O, 1963-cü il noyabrın 9-da, 57 il sonra Dövlət Bayrağı Günü kimi qeyd edəcəyimiz bir tarixdə Ağdərənin Xatınbəyli kəndində anadan olmuşdu. Birinci Qarabağ müharibəsinin ilk veteran-jurnalisti, II qrup əlil Xaqani Ədəb oğlu Rzaquliyev könüllü döyüşçü, qazi, böyük fədai, Turan sevdalısı idi. Ömür vəfasız çıxdı, zalım fələk bir il əvvəl Xaqanimizi sıralarımızdan apardı. X.Rzaquliyev jurnalist, publisist, araşdırmaçısı kimi çoxsaylı əsərlərin müəllifi idi. Böyük Zəfərimizə hamıdan çox sevinirdi. Zəfər günündə mərhum qazimizin ilyarım əvvəl qələmə aldığı məqaləsini oxucuların diqqətinə çatdırırıq. 

UNUTMA: 30 il öncə Şuşanı yağı işğal etmişdi…

2019-cu ilin may ayında yazdığım bir yazıda deyilirdi: “Şuşanın işğaldan azad edə bilməsək Qafqazda Azərbay­can adlı bir ölkənin var olacağı müm­kün deyil. İmperialistlərin mənfur pla­nında ən çirkin və iyrənc işləri görmək üçün Roma imperiyasının (hazırda Vatikanın) yaratdığı bu hay yığnağı, sadəcə, bir vasitədir və bu axmaq top­lumu “Böyük Ermənistan” adlı xəyali bir yalanla otarırlar.

Biz isə bu ləkə ilə yaşayırıq. Əlbət­tə, dayısı haylar üçün bu, bir fəxarət yeridir, amma qanı təmiz olanlar bu ləkəli həyatda nəfəs almağa da çətin­lik çəkirlər. Torpağımıza, bayrağımıza vaxtında sahib çıxsaydıq, kimlərdənsə mərhəmət gözləməzdik, ədalət axtar­mazdıq. Dünya güclü olanındır. Dün­yada var olmağın başlıca prinsipi bu­dur! Gəlin son dəfə düşünün… 

“Naşa Armeniya”nın Şuşanın işğalı ilə bağlı yayınladığı bir yazıda deyilir: “8 may 1992-ci ildə erməni xalqının həyatında mühüm hadisə baş vermiş­dir. “Böyük Ermənistanın” “qədim erməni əyalətinin mədəniyyət pay­taxtı Şuşa” şəhəri azad olundu. Təşki­latçılardan biri — görkəmli hərbi lider Arkady Ter-Tatevosyan — “Dağlarda toy” adlı məşhur əməliyyat və Qarabağ müharibəsində qələbələrin əhəmiyyəti barədə danışır”.

2022-ci ilin may ayında isə yazı­ram: “Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli ordumuzun sent­yabrın 27-də Qarabağda başladığı ge­nişmiqyaslı və uğurlu əks-hücum əmə­liyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Minci­van, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhə­ri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksək­likləri və daha 5 adsız yüksəklik azad olundu.

Böyük qələbəmizin reallaşdığı gün, 8 mayda itirdiyimizi geri aldığımız gün – 8 noyabr 2020-ci il tariximizə şanlı bir gün kimi yazıldı. Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə rə­şadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanı işğaldan azad etdi. 

Şuşa şəhəri 2023-cü ildə Türk Dün­yasının Mədəniyyət Paytaxtı elan olu­nub. Bununla bağlı TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında qərar qəbul edilib. Xatırladım ki, bu il Türk Dün­yasının Mədəniyyət Paytaxtı Bursa şəhəridir.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qa­rabağ bizimdir! Qarabağ Azərbaycan­dır!”

İlham ƏLİYEV, Azərbaycan Res­publikasının Prezidenti.

Əlavə etməyə söz varmı?

Xaqani ƏDƏBOĞLU, 

8 may 2022-ci il

Bu xəbəri paylaşın: