15 oktyabr — tarixi bir günün işığında

15 oktyabr 2003-cü il — möhtərəm Prezident İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə xalqın etimadını qazanaraq dövlət başçısı seçildiyi tarixi gündür.

Bu mühüm tarix, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqilliyinin daha da möhkəmləndiyi bir başlanğıc oldu.

2003-cü ildən bu günə qədər ölkəmiz Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi ilə sürətli inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar, elm, təhsil və mədəniyyətin inkişafına göstərilən dövlət qayğısı Azərbaycanı beynəlxalq arenada böyük nüfuz sahibi etmişdir.

Xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusu qüdrətli və müasir bir orduya çevrilmiş, 2020-ci ildə torpaqlarımızın azad edilməsi ilə tarixi Zəfərimiz təmin olunmuşdur. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin, xalqın birliyi və dövlətə sədaqətinin parlaq təcəssümüdür.

AVMVİB rəhbərliyi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını bu əlamətdar tarix münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlətimizin qüdrətinin, xalqımızın rifahının və milli birliyimizin daha da möhkəmlənməsi naminə fəaliyyətində Uca Tanrıdan möhkəm can sağlığı, tükənməz enerji və yeni uğurlar arzulayır.

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: