Təbrik: Nizami Mövlanov — 49

Bu gün igid zabitlərimizdən biri — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin rəisi Nizami Bəydəmir oğlu Mövlanovun doğum günüdür. Oktyabr ayının 16-da onun 49 yaşı tamam olur. O, 1976-cı ildə Quba rayonunun Utuq kəndində dünyaya göz açıb.

Uşaq yaşlarından hərbçi olmağı arzulayan Nizami Mövlanov bu məqsədlə 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. 1998-ci ildən Azərbaycan Ordusunda xidmət edən Nizami Mövlanov döyüş tapşırıqlarının icrasında fərqlənib, 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlər zamanı yaralanıb.

Vətən Müharibəsində göstərdiyi igidlik və mərdliyə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.

Polkovnik Nizami Mövlanov uzun illər ərzində Azərbaycan Ordusunun inkişafında xidmət göstərmiş, müxtəlif illərdə Müdafiə Nazirliyinin əmrləri ilə bir sıra orden və medallarla, o cümlədən “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları ilə təltif edilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi Nizami Bəydəmir oğlu Mövlanovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayır!

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: