100 İLLİK ANLAŞMANI YENİLƏMƏK PLANI: BOP-UN FİASKOSU… III yazı

Bu yazı 19 noyabr 2017 — ci ildən etibarən Fedai.az saytında yayınlanıb. Günümüzlə səsləşdiyi üçün bir daha sizlərə təqdim edirik…

Xaqani Ədəboğlu

(Əvvəli ötən saylarda)

Yaxın Şərqdə baş verən proseslər demək olar ki, 1915-1919-cu illərin təkararıdır. Qısa ekskurs edək.

Nədən Türkiyə?

1919-cu ildə ABŞ öz işğalçılıq niyyətlərini gizlətmək üçün Türkiyəyə və Zaqafqaziyaya «komissiya» adıyla məxfi agentlərini göndərdi. Vilsonun tapşırığıyla bölgəyə gələn xəfiyyə əlaltıları «Osmanlının parçalanmasının və ölümlərin qarşısını almaq üçün» gəldikləri barədə məlumatlar yayırdılar. Eyni zamanda başqa bir komanda Batum, İrəvan və Bakıya gəldilər. Rusiya isə ABŞ-dan göndərilmiş «bolşeviklər» (yəhudilər-Trotski, Zinovyev, Sverdlov, Kirov, Kuybışev, Dzerjinski və daha 245 komissar) isə Rusiyanı sahiblənməklə və oyundan çıxarmaqla öz ağalarına ayı xidməti göstərməkdə idilər. Çünki İngilislər Hindistanadək olan bütün ərazilərə tam hakimlik iddiasında düşmüşdülər. Bölgədəki eser-daşnak-menşeviklər satın alınmışdı. İngiltərə öz xəfiyyələri hesabına 1918-1919-cu ildə bütün İranı ələ keçirmişdi. Vosuq-ad Daule ilə vassal şərtləriylə saziş bağlayan İngilislər, maliyyə və hərb daxil İranın bütün strateji dayaqlarını öz əllərinə almışdılar. Müqavilə «İran dövlətinin rifah və tərəqqisi üçün Britaniya yardımı barədə saziş» adlansa da, məqsəd, tam olaraq İranı öz protektoratına almaq idi. Əfqanıstanda isə Əmir Həbibullanı ələ alaraq onların bütün siyasi kurslarını İngiltərə müəyyənləşdirirdi. Orta Asiya da 1918-ci ildən ingilislərin nəzarətində idi. ABŞ-İngiltərə kəşfiyyatı və xəfiyyələri Osmanlı sultanına parçalanma sazişi «Sevr»i imzalatdıqdan və Mesopotomiya, Fələstin, Suriya, Avropa torpaqları və dənizləri öz mandatlarına keçirdikdən az sonra ABŞ ortaya onların mandatı altında Ermənistan və Kürdüstan kimi «müstəqil» dövlətlərin yaradılması məsələsini qoydu. Əsrlərcə cızdıqları xəyallar çin olmuşdu. Fürsətdən istifadə edən imperializm hər kiçik adadan da öz payını istəyirdi. Xain yunan, erməni və bu xislətli ərəb, kürdlər bölgənin qapılarını ardıcıl surətdə imperializmin üzünə açmışdı…

Yalnız Mustafa Kemalın başlatdığı milli-azdlıq hərəkatı Hindistanadək yayıldığını görən imperialistlər öz iştahalarını qısmalı oldular. İranda, Əfqanıstanda ingilis ağalığına qarşı başlanan hərəkat (Şeyx M. Xiyabani Cənubi Azərbaycanda, Əmənulla Əfqanıstanda, Küçük xan Xorasan və Gilanda ingilis müstəmləkə siyasətinə qarşı ayaqlanmışdılar) öz ilhamını Anadoludan alması şəksizdi. Bu gün bəziləri günahı böyük bir imperiyanı ingilis toruna salmış sultanlarda deyil, Atatürkdə axtarırlar. Amma bu adamlar, Trabzonun, İstanbulun və başqa şəhərlərin belə azad şəhərlər elan edilməsindən xəbərsiz olanlardır. Əgər Atatürk meydana çıxa bilməsəydi bu gün hər bir türkün baxıb qürur duyduğu Türkiyə olmayacaqdı. Adicə bir adaya tamah salan ingilis Lloyd Corc demişdi: «Bu adalar Hindistan-Süveyş kanalı, Avstraliya və Uzaq Şərqə olan yolumuzun üzərində yerləşir. Əgər milli istiqlaliyyət zamanındakı kimi Yunanıstanla dost olsaq, bu adalar bizim sığortamız olacaq və Britaniya imperiyasının yollarında ötürücü məntəqə rolu oynayacaqdır».

Bolşeviklərin yaydığı Lenin və Stalinin imzasıyla yayılmış başqa bir müraciətə diqqət yetirək (20 noyabr (7 dekabr) 1920-ci il): «…Biz bəyan edirik ki, İstanbulun istila edilməsi ilə bağlı Kerenski tərəfindən devrilmiş Çar hökumətinin gizli sözləşməsini cırıb atdıq.

Biz bəyan edirik ki, İranın parçalanması barədə sazişi də cırıb atdıq.

Biz bəyan edirik ki, Türkiyənin parçalanmasını nəzərdə tutan gizli sazişi də cırıb məhv elədik…

…Bu yırtıcıları və quldurları öz ölkələrinizdən qovun» (Проф. Н. Л. Рубинштейн «Ближний и Средний Восток после первой мировой войны. Лозаннская конференция» Москва 1952 г.).

Bu tarixi mənzərəni qarşılaşdırın-1915-16-17-18-20-21-22-23-2015-16-17…

Bu müharibədə ən böyük itkiyə, məhz Türkiyə məruz qaldı. Atalar demiş, «Ayının min oyunu var, bir armudun başında». ABŞ və onun «siyasi şərikləri» Birinci Dünya savaşında olduğu kimi daxili narazılıqlar içindədirlər. Xatırladım ki, o zamanlar Fransa, İtaliya, ABŞ və Britaniya kimi imperialist yırtıcılar üz-üzə gəldilər. Yarımçıq qalan bu planı bu gün Böyük Orta Doğu layihəsi adıyla həyata keçirməyə çalışırlar. Onlar Türkyənin ruhunu öldürmək üçün satqın din adamlarını yetərincə yetişdirdiklərini düşünsələr də Türk ruhunu enmək yollarını tapmadıqlarını anlamaq üzrədirlər. Bölgədə imperialist köləliyinin yeni formasını yaymaq yolunda tək maneə Türkiyə olduğunu bilirlər. Rusiya və İranın istənilən anda ayaq sürüşkənliyini də bilirlər. Hazırda daxili çaxnaşmalara nə dərəcədə nail olduqlarını bilmək üçün xarici «həmlələrə» start verilib. NATO-da baş verən son olay bir başlanğıcdır.

Artıq imperialistlərin əsəbləri pozulub. Yaxın Şərqdə PKK-PYD kölgəsinə sığınan ABŞ və Avropada dayanacağı sərhədləri itirən NATO-nun sinirləri dözmədi.

NATO ABŞ-ın oyuncaq bir təşkilatıdır. Öz ağasının acığını Türkiyədən çıxararaq düşmən işarəti atdı- ATATÜRK və ƏRDOĞAN. Çünki Birinci mərhələdə planı Atatürk, hazırda isə Ərdoğan bu layihənin pozulmasına nail olmaq üzrədir.

Bu qurulma işə başlamaq üçün Ərdoğan adina bir səhifə yaradılaraq «düşmənlərlə» iş birliyinə getməsi barədə mesaj yayınlandı. Bunadək Atatürkün büstü düşmən bioqrafiyalardan birinə yerləşdirilmişdi. Bu oyunların başında NATO durması təsadüf deyil. NATO, Pentaqona bağlı bir hərbi təşkilatdır. 28 ölkənin üzv olduğu NATO, əmrləri və planları Vaşinqtondan alır. NATO daxilində ABŞ-dan icazəsiz qərar alanın, siyasi hayatına son qoyular.

2011-ci ildə NATO qərarını gözləmədən Fransa prezidenti Sarkozi, Liviyaya qarşı hərbi əməliyyatlara başladı.

Bu saat Sarkozinin nə ilə məşğul olduğunu bilən yoxdur. O, öz memuarını çap etdirməyə bir nəşriyyat tapmır. Çünkü Vaşinqton onun «qələmini qırıb»…


(Ardı var)

Bu xəbəri paylaşın: