“Şanlı tarixin başlanğıcı” Suraxanıda qeyd olundu

11 iyul 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Şanlı tarixin başlanğıcı” adlı anım tədbiri keçirilib. Tədbir Suraxanı rayon Heydər Əliyev Mərkəzinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Şəhid Ailələrini Müdafiə Cəmiyyəti Suraxanı rayon şöbələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.

Çıxış edən natiqlər – Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri Nəsibə Əliyeva və digər çıxışçılar 14 iyul 1969-cu il tarixində Ulu Öndərin hakimiyyətə gəlişinin Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıblar. Natiqlər Heydər Əliyevin milli kimliyin qorunması və dövlətçiliyin bərpasındakı xidmətlərindən danışıblar.

Tədbirdə, həmçinin, Ulu Öndərin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə onu fotoobyektivin yaddaşına köçürən müharibə veteranı Mirələsgər Seyidovun arxivindən slayd təqdimatı da nümayiş olunub.

Sonda qonaqlar Heydər Əliyev Mərkəzinin ekspozisiya zalına baxış keçirərək Ümummilli Liderin irsini əks etdirən eksponatlarla tanış olublar.

Whats-App-Image-2025-07-11-at-17-04-11

Whats-App-Image-2025-07-11-at-17-04-11-1

Whats-App-Image-2025-07-11-at-17-04-11-3

Whats-App-Image-2025-07-11-at-17-04-12

Bu xəbəri paylaşın: