Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin qazi və veteranlarının iştirakı ilə Lənkəran Mərkəzi Kitabxanasında 12–14 iyul Tovuz döyüşləri zamanı şəhid olmuş hərbçilərimizin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Tovuz döyüşlərinin strateji əhəmiyyətindən, Azərbaycan ordusunun qəhrəmanlıqla düşmən hücumlarının qarşısını almasından danışıblar. Tədbirdə çıxış edənlər bildirmişlər ki, Tovuz döyüşlərində Azərbaycan ordusunun döyüşçüləri qəhrəmanlıq, şücaət göstərərək düşmənin hücümlarını dəf edərək qələbə qazanmışdır. Qələbə qazansaqda bir çox zabit və əsgərimiz şəhidlik zirvəsinə ucalmışdır.
Allah şəhidlərimizə rəhmət etsin! Şəhidlərimiz tariximizin yaddaşında əbədi olaraq qalacaqdır.