Mingəçevirdə yanğından zərər çəkmiş veteranımızın ev bərpa olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mingəçevir şəhər şöbəsindən verilən məlumata görə, şəhər sakini, Vətən müharibəsi veteranı Yusif Osmanovun yaşadığı evdə baş vermiş yanğın faciə ilə nəticələnmişdir. Hadisə zamanı onun anası həyatını itirmiş, ev isə ciddi zədələnmişdir.

Faciədən dərhal sonra AVMVİB rəhbərliyi və Mingəçevir şəhər şöbəsi vəziyyətə dərhal reaksiya verərək, müharibə veteranına dəstəyin göstərilməsi barədə qərar qəbul etmişdir. Yardım kampaniyasının həyata keçirilməsində Rusiyanın Norilsk şəhərində Azərbaycanlılarının “Fədailər” Yardım Qrupu da zəruri şəraitin yenidən qurulmasına kömək etmişdir. Müharibə veteranı Yusif Osmanovun artıq yaxın günlərdə o, ailəsi ilə birlikdə yenidən evinə köçəcəkdir və zəruri məişət avadanlıqların alınmasına da “Fədailər” Yardım Qrupu köməklik göstərəcək.

Qeyd edək ki, bu, “Fədailər” Yardım Qrupunun həyata keçirdiyi ilk humanitar təşəbbüs deyil. Onlar uzun illərdir AVMVİB-in yerli rayon və şöbələrinin xətti ilə hər ay və xüsusi günlərdə qaziləri, şəhid ailələri və ehtiyacı olan müharibə veteranları, imkansız və aztəminatlı ailələr üçün yardım aksiyaları həyata keçirir, həm ölkə daxilində, həm də xaricdə vətənpərvərlik dəyərlərinin təbliği ilə məşğul olurlar.

Bu xəbəri paylaşın: