AVMVİB Naxçıvan MR Təşkilatı şəhidlərin məzarını ziyarət edib

08.07.2025-ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Naxçıvan Muxtar Respublikası Təşkilatı tərəfindən Şahbuz rayonunda yerləşən bir neçə şəhid məzarı ziyarət edilib. Şəhidlərimizin əziz xatirəsi yad olunmuş, onların müqəddəs ruhu bir dəqiqəlik sükutla anılmışdır. Tədbir çərçivəsində, Şahbuz rayonunun müxtəlif kəndlərində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib. Şahbuz rayonunun Kəndşahbuz kəndində şəhid İlkin Muradlı, Şahbuz rayonunun Külüs kəndində şəhid Zülfü Rzayev, Şahbuz rayonunun Keçili kəndində şəhid Mərahəmət Həmzeyev və Şahbuz rayonunun Emin Sadiqovun məzarları anılıb. Ziyarətçilər, şəhidlərimizin qəhrəmanlığını, torpaqlarımıza verdikləri qiymətli xidmətlərini bir daha yad edərək, onların xatirəsini hörmətlə anmışdırlar. Tədbirin sonunda, şəhid Mərahəmət Həmzeyevin valideynlərinə AVMVİB rəhbərliyi adından plaket təqdim edilmişdir. Həmçinin, təşkilat rəhbərliyi tərəfindən şəhid ailələrinə başsağlığı verilmiş, onların ruhuna dualar oxunmuşdur.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-07-08-at-18-17-42

Whats-App-Image-2025-07-08-at-18-17-42-1

Whats-App-Image-2025-07-08-at-18-17-42-2

Whats-App-Image-2025-07-08-at-18-17-43

Whats-App-Image-2025-07-08-at-18-17-43-2

Whats-App-Image-2025-07-08-at-18-17-43-3

Whats-App-Image-2025-07-08-at-18-17-44

Whats-App-Image-2025-07-08-at-18-17-44-1

Whats-App-Image-2025-07-08-at-18-17-44-2

Bu xəbəri paylaşın: