Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Humanitar məsələlər üzrə şöbə müdiri, AVMVİB Xətai rayon şöbəsinin sədr müavini, Vətən müharibəsi veteranı Əhli Həbiyevin doğum günüdür. İyul ayının 6-da onun 62 yaşı tamam olur.
Əhli Həbiyev 1963-cü ilin iyul ayının 6- da Azərbaycan Respublikasının Saatlı rayonunun Qaracalar kəndində zəhmətkeş bir ailədə anadan olub . 1980-ci ildə Saatlı rayon təhsil İdarəsi üzrə Qaracalar kənd orta məktəbi, 1986-cı ildə isə Bakı Saneye və Neft Texnikumunu bitirib. 1981-1983-cü illərdə Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə (manqa komandiri vəzifəsində) olub. 1991-1994 — cü illərdə Azərbaycan Respublikasında ilk yaradılmış Əlahiddə Şıxov Könülər taborunun və Azərbaycan Ordusunun tərkibində taqım komandiri vəzifəsində Azərbaycan ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Kəlbəcər, Şuşa, Cəbrayıl, Tərtər və Qubadlı rayonları istiqamətlərində gedən döyüşlərdə bir taqım komandiri kimi üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Ə.Həbiyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 dəfə (28 dekabr 1991-ci ildə Şuşa şəhəri, 26 avqust 1993 — cü ildə isə Laçın rayonu uğrunda gedən döyüşlərdə) yaralanıb. 44 günlük vətən müharibəsi dövründə Əhli Həbiyev könüllü olaraq hərbi qulluqçularmızın yanında olaraq onlara maddi və mənəvi köməklik göstərmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin rəhbərliyi, Əhli Həbiyevi həm təbrik edir, ona cansağlığı, uzun ömür, işlərində nailiyyətlər arzulayır.
Biz də Fedai.az və Veteran.az kollektivi olaraq Əhli Həbiyevi həm doğum günü, həm də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsinə təyin olnması münasibəti ilə təbrik edir, bu məsuliyyətli işdə ona uğurlar arzulayırıq.
AVMVİB Mətbuat xidməti








