AVMVİB sədrindən 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik

Hörmətli polis əməkdaşları!

Sizi 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xidmətdə uğurlar və ailə səadəti arzulayıram.

Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayaqlarından biri olaraq ölkəmizdə qanunun aliliyinin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Müstəqilliyimizin qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizə, sabitliyin və əmin-amanlığın təmin olunması istiqamətində polis əməkdaşlarının fədakar xidməti daim yüksək qiymətləndirilir.

Xüsusilə qeyd etmək istərdim ki, Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə Azərbaycan polisi digər güc strukturları ilə çiyin-çiyinə dövlətimizin və xalqımızın maraqlarının qorunması naminə böyük əzmkarlıq və peşəkarlıq nümayiş etdirmiş, şəhidlər vermiş, qazilər yetirmişdir. Onların qəhrəmanlığı və vətənpərvərliyi hər zaman dərin ehtiramla xatırlanacaqdır.

Bu gün Azərbaycan Polisi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinə və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinə sadiq qalaraq xalqımıza ləyaqətlə xidmət edir.

Əminəm ki, Azərbaycan polisi bundan sonra da yüksək peşəkarlıq, qanunçuluq və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin təhlükəsizliyi və ictimai sabitliyinin qorunması naminə fəaliyyətini uğurla davam etdirəcəkdir.

Bir daha bütün polis əməkdaşlarını peşə bayramları münasibətilə ürəkdən təbrik edir, xidməti fəaliyyətinizdə yeni nailiyyətlər, möhkəm cansağlığı və uğurlar arzulayıram.

Hörmətlə,

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

Bu xəbəri paylaşın: