Paşinyan Almaniyada belə pərt oldu — Video

Almaniya Bundestaqının (parlament) prezidenti Volfqanq Şoyble ilə görüşən Ermənistan Xarici İşlər naziri Nikol Paşiyan xatirə fotosu çəkilən zaman pis vəziyyətdə qalıb.

Fedai.az axar.az-a istinadən  xəbər verir ki, Paşinyan harada dayanmasını müəyyənləşdirmək üçün əvvəlcə Ermənistanın bayrağını axtarıb. Məlum olub ki, təşkilatçılar Ermənistan bayrağını asmağı lazım bilməyiblər, onun üçün qoyulan kreslonun arxasında isə AB bayrağı var.

Çaş-baş qalan və pərt vəziyyətə düşən Paşinyan nəhayət onun üçün ayrılan kresloya oturub və AB bayrağı fonunda şəkil çəkdirib.


Qeyd edək ki, Almaniyada səfərdə olan N.Paşinyan Qarabağla bağlı bir daha ziddiyyətli və qalmaqallı açıqlamalar vermişdi.

Həmçinin qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Berlin divarı qarşısında fotosunu paylaşıb.

Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyada səfərdə olan Paşinyan paylaşımında divarda çəkilən məşhur Brejnev-Honekker qraffiti haqqında yazıb.

“Berlin Divarı artıq boyanacaq bir yer deyil, köhnə ilə yeni arasındakı bir sərhəddir. Şəkildə SSRİ-nin birinci katibi Leonid Brejnev və Almaniya Demokratik Respublikasının lideri Erik Honekker yer alıb. Bu, Honekker və Brejnevin rəsmi görüşündən bir fraqmentdir. Şəklin LGBT mövzusu ilə əlaqəsi yoxdur. Həm SSRİ-də, həm də ADR-də LGBT üzvü olmaq cinayət idi. Nə Brejnev, nə də Xoneker LGBT olub”, – baş nazir qeyd edib.


Bu xəbəri paylaşın: