Putin xüsusi geyimdə koronaviruslu xəstələrə baş çəkdi

Bu gün Rusiya prezidenti Vladimr Putin Moskvada koronavirusa yoluxmuş şəxslərin müalicə edildiyi xəstəxanada olub.

Rusiya KİV-lərinin verdiyi məlumata görə, ölkədə virusun ən çox qeydə alındığı yer olan Moskvadakı xəstəxanaya şəhər bələdiyyəsinin sədri ilə birlikdə gələn Putinin onun üçün özəl olaraq hazırlanmış xüsusi libasda xəstəxanaya daxil olması diqqəti cəlb edib.

Rusiya prezidenti xəstəxanada müşavirə keçirib. Həmçinin qeyd edilib ki, bu günədək Rusiyada 163 min nəfərdə koronavirus testi hyata keçirilib. Həftə sonuna kimi daha 13 min nəfərdə bu testlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, təkcə dünən Moskvada 3 min nəfər testə cəlb edilib.

Bu xəbəri paylaşın: