Azərbaycanda xüsusi rejim. Mənə nə etmək olmaz, nə olar? – 6 suala cavabda

Azərbaycanda koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə 24 martdan xüsusi karantin rejimi elan edilib.

Xüsusi karantin rejimi aprelin 20-nək davam edəcək. Bu müddətdə xüsusi karantin rejimin tələblərinin icrasına Daxil İşlər Nazirliyi nəzarət edəcək.

Ölkədə hazırda aktiv koronavirus xəstələrinin sayı 76-dır, onlardan 6-nın vəziyyəti orta-ağırdır. Rəsmi qurumlara əsasən, Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb.

Xüsusi karantin rejimində bəzi məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlər nə deməkdir?

Kimlər evdə qalmalıdır?

Yaşı 65-dən çox olan şəxslər evdə qalmalıdır. Lakin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi — TƏBİB bildirir ki, yalnız yaşı 65-dən yuxarı olanlar deyil, bəzi xəstəlikləri olanlar da koronavirusla bağlı risk qrupudur.

Buna xronik xəstəliklər, ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək xəstəlikləri olanlar və hər hansı bir səbəbdən immun-supressiv xəstə qrupları aiddir.

Yaşı 65-dən yuxarı olan və tənha yaşayanlara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstəriləcək.

Yaşı 65-dən çox olan tənha şəxslərin gündəlik tələbatları ilə bağlı zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və s. ilə bağlı evdən bayıra çıxmalarına ehtiyac qalmadan dəstəklə təmin olunacaq./BBC/

Və ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar, nazirlik bildirir.

Amma bunlar üçün yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınmalıdırlar.

Bu xəbəri paylaşın: