AVMVİB Fəxri üzvünə təşəkkür etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB-nin) Fəxri üzvü xeyriyyəçi həkim Xaliq Hüseynov stomotoqları toplayaraq «Mənim mövqeyim — xidmət et» adlı yardım kampaniyasına start verməsi barədə xəbər vermişdik.

Əbəs yerə «hər ziyanda, bir xeyir var» deməmişlər. Yaxın dostlarımızı, veteranları öz dost və qardaşı bilən Fəxri üzvlərimizi seçdik. Xaliq Hüseynov bu addımla ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin «Biz bir yerdə güclüyük!» çağırışına öz töhfəsini verməkdədir. Qısa vaxt ərzində artıq üçüncü dəfədir ki, ehtiyacı olan müharibə veteranlarına, sadə vətəndaşlarımıza yardımlar edir.

Bu dəfə də X. Hüseynov 50 ailəyə Nərimanov, Yasamal, Zəngilan, Nizami, Xətai və Suraxanı rayonlarında yaşayan imkansız şəhid ailələri, veteranlara, evində agır xəstəsi olub işləməyən insanlara ərzaq bağlamaları ilə yardım edib.

На изображении может находиться: 1 человек

Tanınmış həkim Xaliq Hüseynovun bu örnək addımı AVMVİB Rəhbərliyi və üzvləri tərəfindən minnətdarlıqla qarşılanıb. AVMVİB sədri Füzuli Rzaquliyev, Birliyin Fəxri üzvü Xaliq Hüseynovun bu addımını alqışladığını və belə Vətən oğullarını digər imkanlı soydaşlarımıza örnək olduğunu bildirdi. Belə gənclərimizlə fəxr etməliyik. O atdığı bu addımla Dövlət başçımızın «Biz bir yerdə güclüyük!» çağırışına əməli işlə cavab verib. Həqiqətən də bu gün 80 manat prezident təqaüdünün ümidinə qalan veteranlarımız var. Onlarla veteran və şəhid ailəsinə öz humanist əməliylə yardımdan çox ümid paylayıb. Elə buna görə də Xaliq Hüseynova Birliyimiz adından öz minnətdarlığımızı bildiririk.

Bu kompaniya barədə X. Hüseynov sosial şəbəkədə paylaşım edib: «Növbəti 50 ailəyə, Nərimanov, Nizami, Xətai, Suraxanı rayonlarında yaşayan imkansız şəhid ailələri, veteranlara, evində agır xəstəsi olub işləməyən insanları tapıb ərzaqlarımızı payladıq. Nizami Huseynov, Elnur Agaverdiyev və Elşən Nəcəfova köməklik etdiklərinə görə təşəkkürümü bildirirəm» Sonda xeyirxah həkim çağırış edib: «Siz də bu kampaniyalara qoşulun!»

AVMVİB Mətbuat Xidməti

На изображении может находиться: один или несколько человек и люди стоят
На изображении может находиться: 1 человек, стоит и на улице
На изображении может находиться: один или несколько человек и люди стоят
На изображении может находиться: один или несколько человек, люди стоят и в помещении
На изображении может находиться: один или несколько человек, люди стоят, люди гуляют и на улице
Нет описания фото.
На изображении может находиться: 1 человек
Bu xəbəri paylaşın: