DİM: XI sinif buraxılış imtahanının nəticələri növbəti həftə elan olunması nəzərdə tutulur

“10 və 11 iyun tarixlərində XI siniflər üçün keçirilmiş buraxılış imtahanının nəticələrinin növbəti həftə elan olunması nəzərdə tutulur”.

Mektebgushesi.az xəbər verir ki, DİM bunu öz rəsmi facebook hesabında bildirib. Burada həmçinin nəticələrin nə üçün 3 həftəyə elan olunması da izah olunub:

“11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahan günündən sonra 3 həftə ərzində elan olunması nəzərdə tutulur”.

Subbakalavrların ixtisas seçimi abituriyentlərlə eyni vaxtda-qəbul imtahanları başa çatdıqdan sonra aparılacaq.

Qeyd edək ki, qəbul imtahanında iştirak üçün müraciət artıq bütün abituriyentlər üçün başa çatıb.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •