ƏLİHEYDƏR QARAYEVLƏ RƏSULZADƏ ARASINDA DAVA NİYƏ DÜŞMÜŞDÜ?

Qırmızı işğalçıların mavi oynaşı

1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun (Ayna Sultanovanın əri) ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür.

Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:

— Razılaşmasan, gözlərini çıxartdıraram!

M.Rəsulzadə təəssüflə cavab verir:


— Sən bütün millətin gözlərini çıxartdın!

Ə.Qarayev salona üz tutur:


— Səsini çıxardanı gülləbaran edəcəyəm!

M.Rəsulzadə:


— Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan!

Doğrudan da 1937-ci ildə Həmid Sultanovu, Əliheydər Qarayev və digər onunkimiləri öz silahdaşları güllələdilər.

Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi.


Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı.

Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, — deyə o bildirdi./Difai təşkilatı/

Bu xəbəri paylaşın: