Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.
Ria.ru xəbər verir ki, bu məlumatı təşkilatın mətbuat xidmətinin rəhbəri Vladimir Zaynetdinov yayıb.
“İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, — məlumatda deyilir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.