Yoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİX

Yoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİX




1991-ci ildə Qarabağda vuruşan azərbaycanlı könüllülərə Avropanın qaçaqmalçılarından silah alınması üçün nəzərdə tutulan külli miqdarda pul oğurlanıb.

Azpost.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Banditizm və Terrorizmə qarşı Xüsusi İdarəsinin sabiq rəhbəri, istefada olan polkovnik Nizami Musayev bir neçə il əvvəl azeritoday-a verdiyi müsahibəsində açıqlayıb.

Qeyd edək ki, peşəkar kaskadyor olan Nizami Musayev həmçinin kinorejissor olub. Onun rejissoru olduğu “Lətifə” filmi 80-ci illərdə məşhur idi. Daha sonra Azərbaycanda milli –azadlıq hərəkatına qoşulan N. Musayev AXC hakimiyyəti zamanı DİN-də çalışıb.

Uzun illər qapalı həyat yaşayan N. Musyaev 4 il əvvəl ictimaiyyətə açıq olub. Bu müsahibədə o, 90-ların əvvələrində Azərbyacanda baş vermiş ictimai-siyasi proseslərdən danışıb, şahidi olduğu hadisləri şəh edib.

90-cı illərin əvvələrində Qarabağda gedən hərbi əməliyyatlar barədə danışan N.Musayev maraqlı bir hadisəni açıqlayıb. O, Qarabağda döyüşən azərbaycanlı könüllü döyüşçülər üçün silahların necə əldə edilməsindən söz açıb.

N.Musayevin sözlərinə görə, erməni silahlı dəstələrinə qarşı döyüşənlər üçün silah – sursat respublikada yerləşən sovet ordusundan əldə olunurdu. “Demək olmaz ki, bu zaman iş yalnız zorla həll olunurdu. Silahın əhəmiyətli hissəsi razılaşma yolu ilə, yaxud da “hərbi hissəni ələ keçirmə” imitasiyası nəticəsində əldə olunurdu”.

N.Musyaev bu zaman xaicdən silah alınmasına cəhdlərin olunduğunu deyib. Onun sözlərinə görə, xaricdən silahla bağlı belə alqı-satqı yalnız dövlət strukturlarının iştirakı ilə mümkün idi.

Bu zaman N.Musayev haqqında qeyd etdiyimiz hadisəni danışıb.

Onun sözlərinə görə, dövlət strukturunun göstərişi ilə “Azərbaycanfilm”in direktoru, məşhur rejissor Ramiz Fətəliyev Türkiyədə öz əlaqələri vasitəsi ilə Yuqoslaviyadan silah almaqla bağlı razılaşma əldə edibmiş.

Söhbət böyük partiyada olan avtomatların alınmasından gedir. Həmin sövdələşməni o zaman Neftayırma Zavodunun direktoru olan, Milli Məclisin sabiq spikeri Rəsul Quliyev maliyyələşdirıb. Məsələnin texniki və maliyyə tərəflərini həll etmək “Azərbaycanfilm”in kommersiya şöbəsinin direktoru Rövşən Məmmədova tapşırılıb. R.Məmmədov o zaman üçün az adamın başı çıxdığı valyuta əməliyyatlarını bacarırımış. “Bu sövdələşmə dövlət əhəmiyyətli idi və buna görə məxfi saxlanılırdı. Hətta Ramiz bu barədə mənə ən son mərhələdə, ümumi şəkildə məlumat verdi” – deyə N.Musyaev bildirib.

Bundan sonra baş verənlər əhvalatın maraqlı məqamlardır. Beləliklə Sarayevodan gələcək silah partiyasının yerləşdirilməsi üçün hazırlıqlar başlanır: “Ramiz gecə Türkiyədən mənə zəng vurdu. Dedi ki, bu gün Sarayevodan malın birinci partiyası yola düşür, yükləmə gedir və təyyarə gecə Bakıda olacaq. Mən kinostudiyaya məxsus bir neçə yük maşınını hazırlamalı və hava limanına gəlməli idim”.

Burada ciddi bir problem ortaya çıxır. R. Fətəliyevin N.Musayevə verdiyi məlumatdan aydın olur ki, Prezident Ayaz Mütəllibovun hakimiyyəti silah Bakıya gələn kimi onu hərbi anbarlara yerləşdirməkdən imtina edir. Yük isə hava limanında qala bilməzdi. Hakimiyyət rəsmiləri absurd bir qərar qəbul edirlər: Silahlar kinostudiyanın həyətinə daşınsın, bundan sonra lazımı göstərişləri gözləsinlər.

Yükü müşayət etmək üçün milis mühafizəsi belə ayrılmır.

N.Musayev daha sonra deyir: “Bu vəziyyət Ramizi bərk narahat edirdi. Onun səsindən necə həyəcanlı olduğu hiss olunurdu. O mənə başqa variant olmadığını deyərək yükü qəbul etməyi və sabahı gözləməyi təklif etdi. Mən əlimdən gələni edəcəyimi dedim. Maşınları hazırladım. Bu vaxt AXC İdarə Heyətinin üzvü olan İsgəndər Həmidov ( sabiq DİN naziri –red) zəng vurdu və təcili evə gəlməyimi istədi. Mən gəldim. İsgəndər dedi ki, hakimiyyətin dəstəyi ilə gecə Bakıya böyük partiyada silah gətiriləcək. Onda dəqiq informasiya var ki, hava limanından çıxarkən yolda maşınlara hucum imitasiyası olunacaq. Silahlar “Qardaşlıq” cəmiyyətinin sərəncamına keçəcək. Milis işə qarışmayacaq. Yarımleqal təşkilat olan “Qardaşlıq” hakimiyyət tərəfindən yaradılmışdı. Onun fəaliyyətini Bakı şəhər icra hakimiyyətinin başçısı Rüfət Ağayev kurasiya edirdi. Rəhbəri deputat Ağa Axundov idi”.

N.Musyaev Həmidova bu silah sövdələşməsi barədə Fətəliyevdən bildiklərini söyləyir və yükü özünün və dostlarının müşayət edəcəyini açıqlayır. İsgəndər Həmidov müşayətçi komandanı iki yerə bölməyi məsləhət görür və qrupun maksimum gücləndirmək lazım olduğunu vurğulayır: “Mənimlə birgə hava limanına jurnalist Elçin Səlcuq (Azadlıq qəzetindən) və onun iki həmkarı gedəcəkdi. Plana görə, yük gəldikdən sonra heç kimi xəbərdar etmədən marşrutu dəyişərək Əzizbəyov milsi idarəsinə getməli idik, orada jurnalistlərin iştirakı ilə bu mühüm dövlət yükü barədə bəyanat verməli idik. Həmin zaman da İsgəndər dövlət orqanları ilə əlaqə saxlayaraq rəsmi mühafizə tələb edəcəkdi”.

Bütün plan hazır olduqdan sonra Türkiyədən Ramiz Fətəliyev zəng vurur və bildirir ki, bütün işlər təxirə salınır: “Ramiz dedi ki, Sarayevodan həmin Rövşən Məmmədov ona zəng vuraraq bildirib ki,”satıcılar” təyyarə uçmamışdan əvvəl beh tələb edirlər. Bu məbləğ isə bütün ödənilməsi nəzərdə tutulan məbləğin tən yarısı idi. Sonrakı günlərdə aparılan ağır danışıqlarda həmin Rövşənin təkidi və vədləri ilə biz maksimal ödənişi etməyə razı olduq. Sxem belə idi: Pul Rövşən Məmmədovun adına açılmış xüsusi hesaba köçürülür, təyyarə yüklə uçan kimi o pulu silah qaçaqmalçılarının göstərdiyi hesaba köçürür.”

Sxem heç kimdə şübhə doğurmur. Rövşən etibar edirdilər, onun qoca, xəstə anası, ailəsi hamısı Bakıda yaşayırdı.

Yalnız Rəsul Quliyev bu sxemin əleyhinə çıxır. Amma sonda Rövşən hamını inandırır ki, alternativ variant yoxdur. R. Quliyev də razılaşmalı olur. Rəsul Quliyevin Rövşənlə yox, silah satan alverçilərlə bağlı şübhəsi vardı.

Beləliklə valyuta Rövşən Məmmədovun hesabına köçürülür.

Bundan sonra R. Məmmədov aradan çıxır: “Bu əclaf pulları bankdan götürüb yoxa çıxdı. Ramizin vəziyyətini xatırlayıram. Göz yaşları içində kabinetdə oturmuşdu. Mən ona təsəlli vermək istədim. Dedim ki, “hamı sizin günahsız olduğunuzu bilir, hər şey aydın olar”. O kəskin şəkildə mənə “sən axmaqsan?” Sən elə bilirsən mən məsuliyyət daşımağa görə qorxuram? Mən çox utanıram, çox pis olmuşam, başa düşürsən Nizami” dedi.

Bu əclaf torpağı qorumaq üçün almaq istədiyimiz silahın pullarını oğurlayıb qaçmışdı. Belə yaramazalar üçün millət, Vətən anlayışı yoxdur. O, öz aiəsini belə taleyin hökmünə buarxıb qaçdı – qoca, xəstə anasını, uşaqlarını…”

Rövşən Məmmədovu o zaman DİN xətti ilə rəsmi axtarışa versələr tapa blməyiblər. N. Musayev DİN-ə məsul vəzifəyə təyin olunduqan sonra onu axtarıb: “Mən DİN-də işləyəndə öz təşəbbüsümlə bu axtarışı İnterpol vasitəsi ilə yenilədim. Müəyyən edə bildik ki, o bir müddət Kiprdə yaşayıb. Sonra onun izləri İsraildə itib-batdı. Nəsə aydınlaşdrmaq mümkün olmadı”-deyə istefada olan polkovnik kədərli şəkidə deyib.

SSRİ-nin hələ mövcud olduğu bir məqamda beynəlxalq silah qaçaqmalçıları ilə əlaqə sovet dövlətinin süqutunun və geopolitik güclərin maraq savaşını aydın göstərir. Bu baxımdan “Azərbaycanfilm”in şöbə müdirinin pul oğurluğu bu prosesin fəsadlarından sayıla bilər./Azpost.info /
14 noyabr 2019 /

Yoxa çıxan Rövşən və Ayaz Mütəllibovun avtomatları - TARİX

Похожие новости

Rövşən Rzayev: “Həmsədrlərin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir”

“ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa parlamenti üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfəri yolverilməzdir. Biz həmin beynəlxalq təşkilata üzv olan dövlətlərin buna mövqe

PEŞƏKAR JURNALİST AZ.TV-YƏ RƏHBƏRLİK EDƏCƏK

Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. AzTV

İsgəndər Həmidov xəstəxanaya yerləşdirildi – FOTOLAR

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaranıb. Bu barədə jurnalist Əvəz Zeynallı sosial şəbəkədə məlumat verib. İ. Həmidov Tibb Universitetinin Tədris Cərrahiyyə

Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını beynəlxalq sərgiyə çıxarılacaq

Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "ADEX-2018" Müdafiə Sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək. Fedai.az-ın əldə etdiyi məlumata görə, bu barədə

Rusiya ilə müharibəyə HAZIRLAŞIN! – ABŞ-dan ŞOK SİQNAL

“ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir”. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir
Комментарии

НАПИСАТЬ КОММЕНТАРИЙ

Ваше Имя:
Ваш E-Mail:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Введите код:
Populyar xəbərlər
Müharibə əlili əlil arabasıyla təmin olunubSaakaşvilinin iqamətgahı bu qiymətə satıldıGilyotinə qəhqəhəsiylə meydan oxumuş qadın döyüşçü: Əlcazairli CəmiləHesab məsələləriAzərbaycandan qaçan məmur haqda ilginc məlumatlar + FotolarMəktəblərdəki nöqsanlara görə kimlər cəzalandırılıb?Ermənistanla sərhəddə döyüş mövqeləri 1,5-1,7 kilometr irəli çəkilib - RƏSMİVilayət Eyvazov Tural Hacıyevi rəis təyin etdiPrezident İlham Əliyev Boris Consonu təbrik edib"7 POLİS" FİLMİNİN TƏQDİMAT MƏRASİMİ - VİDEOErməni polkovnik: “Azərbaycan Ordusu bizdən qat-qat güclüdür”Yakovlev İrəvanda dedi: Dərhal Qarabağı alın! - Rus kanalında şokAzərbaycanlı idmançı Moskvada dünya rekordu qırıb çempion oldu - FOTOAzərbaycan Dünya Bankının kreditindən imtina edibABŞ Senatından "erməni soyqırımı" ilə bağlı - Şok qərarAVMVİB ÜZVÜ OLAN VETERANLAR ANIM TƏDBİRLƏRİNDƏ..AVMVİB Rəhbərliyi və təşkilat üzvləri Anım günündə iştirak etdilərİlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTOAğdaş veteranları məktəblilərlə görüşdülər12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!Xəzər rayon veteranları Ulu Öndəri andılar...1993-cü ildən etibarən erməni əks-kəşfiyyatı 20-dən artıq casusu aşkar edib: əksəriyyəti Bakıya işləyirdiHərbi Prokror X. Vəliyev: “Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsi dünya tarixində və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaqdır”Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydı Erməni mediası: Paşinyan Putinin ifşa fotosunu yaydıBakı və Tehran razılaşdı: Bu məhsullar çox ucuz olacaqAŞPA-nın həmməruzəçiləri Azərbaycana səfər edəcəkErmənistanın keçmiş prezidenti: "Nikol Paşinyan özünü Xilaskar İsus kimi təsəvvür edir"Əsirlikdə çörək üçün ermənilərlə güləşən çempionumuz - VideoDoğrudanmı, dünyada hər iki yüz nəfərdən biri Çingizxanın törəməsidir?ƏSİRLİKDƏ QALAN SOYDAŞLARIMIZSak oğlu Əmir TeymurQanlılıqNizami rayonunda tədbir keçirilib“EuroHome”də yanğın davam edir - VİDEODünyaya ağalıq edənlər: Akademiyamı, maliyyə qaynağımı?Osmanlıda qanuni əsasi...Qarabağda ermənilərə qan udduran azərbaycanlı qızdan DƏHŞƏTLİ ETİRAFLAR: Zəncirlə bağlayırdılar ki...Bu razılaşma ilə 4 ölkənin planını pozduq - ƏrdoğanQƏHRƏMAN, YOXSA QULDURBAŞI?İraqın beynəlxalq hava limanı BOMBALANDICeyhun Bayramov: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”Barux ailəsi Rotşildlər və Rokfellerlərin təsirini necə poza bilərŞirvanlı Sultan Mehmet bəyQORBAÇOV ERMƏNİLƏRDƏN NİYƏ ÜZ ÇEVİRDİ?ORDAN-BURDAN"Müharibə başlasa Azərbaycanlılar bizi öldürəcək..." - Erməni polkovnikdən AÇIQLAMASalome Zurabaşvili: "İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir”AVMVİB Zəngilan rayon şöbəsi yeni ofisdəAzərbaycanda PKK-nı təbliğ edən keçmiş məmur özünü asıbQarabağ döyüşçüləri tələbələrlə görüşdüAZƏRBAYCAN ORDUSUNUN İLK NİZAMİ HƏRBİ HİSSƏSİBu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQElmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLARHabil Vəliyev azadlığa buraxılıbSiyavuş Novruzov müxalifəti ağac əkməyə dəvət etdiİçib erməniləşən "azərbaycanlılar"ın adı açıqlandıPrezident: “Mənim ümidim gənclərədir”Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksinizDeputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandıTürkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEOTƏBRİK: RASİM PAŞAYEV - 50AVMVİB Nəsimi rayon şöbəsinin təşkilatçılığı ilə tədbir keçirildiİlham Əliyev: "Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır"Tağıyevin villası satışa çıxarıldı - 5 milyon manataHəmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunduPrezident Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıbDİFAİ ONA TABE OLMAYANLARI CƏZALANDIRIRDIPaşinyanın özünü bilməz Annası da sərsəmlədi"Müharibə veteranı" vəsiqəsi hansı sənədlər əsasında verilir? - Hüquqi YARDIMMüharibə veteranı məhkəmələrin ədalətsizliyinə üsyan etdiOlmayan binanın sakinləri BakıMetro QSC-ni günahkar sayırlar - VİDEOAVMVİB Sabirabad rayon şöbəsində"Mən İlham Əliyevin necə millətsevər bir lider olduğunu bilirəm"AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN LƏNKƏRAN ƏMƏLİYYATIRusiyada Njde ilə yanaşı Andranik, Hamazasp və Hovhannesin də xatirə löhvələri sökülübGöydən yaşayış evinə görün nə düşdü - Polis hadisə yerində - FOTOLARErmənistan Milli Təhlükəsizlik Xidmətindən xəbərdarlıq: "Azərbaycanlı ola bilər"Paşinyan rəsmi nümayəndə heyəti Azərbaycana göndərir"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdı"Azərbaycan hazırda çox aktiv islahatlar mərhələsindədir" - PrezidentErməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirirPrezident parlamentin buraxılması ilə bağlı qərar qəbul etməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndəribBiri gəbərib, bir isə yaralanıb833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilibİlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib"Yəni, boynumuza alırııq ki, pis işləmişik?" - Deputat Oqtay Əsədovla söz davasına çıxdıPrezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAMBAŞSAĞLIĞI: Allah rəhmət eləsin!Ermənistan lideri Azərbaycan torpağında DÖYÜŞ MÖVQEYİ aldı...-FOTOLAR+VİDEOSərhəd tanımayan erməni həyasızlığı abırsız erməni hiyeredulunun simasındaNƏSİLLƏRƏ MUSİQİ YOLUYLA NƏZARƏT EDƏN FREKANS: A=440 HZ“Biz Madagizdə qalib xalqın nümayəndələri kimi oturmuşuq!..”Türk dünyasının yeni paytaxtı seçildiDoqquz insan növünü məhv edəcək dərəcədə vəhşiyikmi?Tanıyın, tanıdın: Vətən qəhrəmanlarıyla tanınar!Şəhid Adil Rüstəmovun xatirəsinə həsr edilmiş futbol turnirinə start verildiQarabağın Həcəri od püskürdü: Acı həqiqətlər...İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır — VİDEOQadın döyüşçülərin sədri Cümşüd Nuriyevə səsləndiAVMVİB Balakən rayon şöbəsində
AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ