AVMVİB Kəlbəcər rayon şöbəsinə yeni sədr təyin olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Kəlbəcər rayon şöbəsinə yeni sədr təyin olunmuşdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin qərarı, AVMVİB sədrinin müvafiq əmri ilə Kamalov Akif Haxverdi oğlu Kəlbəcər rayon şöbəsinə yeni sədr təyin olunmuşdur. Görüşdə AVMVİB sədri Füzuli Rzaquliyev təyinatla bağlı Akif Kamalovu təbrik etmiş, ona müvafiq tapşırıqlar vermişdir.

Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi ölçü götürülmüş, fəaliyyətsizliyi ilə seçilən bir sıra rayon təşkilatlarının sədrləri vəzifələrindən azad edilmiş, əvəzinə yeni təyinatlar olmuşdur.

Biz də öz növbəmizdə Kamalov Akif Haxverdi oğlunu yeni təyinat münasibəti ilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

P.S. Mən əminəm ki, Akif müəllim bir kəlbəcərli müharibə veteranlarının və qazilərin sosial problemlərinə daha çox diqqət ilə yanaşacaq və qayğısını əsirgəməyəcəkdir.

Elnur Səlim

JVWUdUN.md.jpg JVWSpWJ.md.jpg JVWUHfR.md.jpg
Bu xəbəri paylaşın: