Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da parlamentdə çıxışında deyib ki, “müxalifət Qarabağla bağlı Rusiyanın təkliflərini qəbul etmirsə, uca səslə rədd etsin. Qarabağla bağlı indiki mövqeyimiz müxalifətin bizdən tələb etdiyidir. Ona görə də müxalifət hesab edir ki, Rusiyanın təklifləri rədd edilməlidir. O zaman bunu yüksək səslə bəyan etmək düzgün olardı”.
Onun sözlərinə görə, Rusiya Prezidentinin “Valday”da verdiyi bəyanat bir sıra məsələlərə aydınlıq gətirib.
“Rusiyanın təklifləri ilə bağlı bu sualın verildiyi vaxt hökumət çox cəld reaksiya verdi. Lakin həm müxalifət müstəvisində, həm də Qarabağdakı “hakimiyyət”dən Rusiyanın təkliflərini qəbul etməsi tələbi ilə bəyanatlar verildi. Hökumət artıq 2021-ci ilin yanvarından bu sazişləri qəbul edib və onlar haqqında düzgünlük əsasında danışmayıb”, – deyə Paşinyan əlavə edib.
Dinləmələr zamanı isə Paşinyan 1 il əvvəldə olduğu kimi təsbeh oynadıb. Nikol İranda görüşəndən sonra bir müddət təsbeh oynadır. Çünki Rəisi «fars — erməni qohunluğu» barədə fars nağılları danışıb.
Xatırladaq ki, ötən ilin mart ayında da Ermənistanın Baş naziri Nikol Paşinyanın təsbeh oynatması görüntüləri yayılmışdı.
Sosial şəbəkələrdə paylaşılan kadrlarda hökumət başçısının parlamentin iclası zamanı təsbeh çevirməsi əks olunmuşdu.
Köhnə videonu təqdim edirik və yenisini də əldə edən kimi təqdim edəcəyik:
Əli Nəsib Zərdabi