FÜZULİ Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri
Noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.
Bu hadisə Fransanın beynəlxalq hüququn əsas prinsiplərini heçə saydığını göstərir. Fransa Senatı, Prezident Emmanuel Makronun hökuməti erməni separatçılığını, onların Azərbaycana qarşı ərazi iddialarını birbaşa və dolayısı ilə dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxıblar. Bu Fransa Senatının Azərbaycanın suverenliyinə həyasızcasına müdaxilə etmək faktıdır.
Bir daha xatırladım ki, Qarabağa göndərilən terrorçuların ilk legionunu Fransanın o dövrkü prezidenti Daniel Mitteranın xanımı Daniella Mitteran şəxsən yola salmış və bütün xərclərini də Daniella Mitteran ödəmişdir. Bu fakt yetərlidir ki, Fransanın bir dövlət kimi terrora dəstək verdiyi ortaya çıxsın.
Bu 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdi. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış, o, 1989-cu ildə azadlığa buraxılaraq, Fransadan Yəmən adıyla deportasiya edilmiş, Fransanın əliylə 1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Burada törədilən qətliamların təşkilatçısı olmuşdu və bu gün inamla deyə bilərik ki, Xocalı soyqırımında əli olan dövlətlərdən biri, məhz Fransa dövlətidir. Elə buna görə də Fransa ilə əlaqələrimizə yenidən baxmalı və onu düşmən dövlətlər sırasına salmalıyıq.
30 il özünü korluğa və karlığa vuran Fransa Senatı bunca işğalı, soyqırımı və talanı görməzdən gəldi. O vaxtlar bizim zəifliyimiz sayəsində Fransa ATƏT-in Minsk qrupunda hansısa yollarla özünün də təmsil olunmasına nail olmuşdu. Ermənistanın işğalçılıq siyasətini istiqamətləndirməklə məşğul olurdu. Məqsədi Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına yönəlmişdi. 30 ilə yaxın bir dövrdə münaqişənin tənzimlənməsi ilə yox, bizi və beynəlxalq aləmi yola verməklə məşğul olurdular. Fransa Senatının üzvləri rəsmi Bakının izni olmadan Azərbaycanın ərazilərinə səfərlər edirdilər. Separatçı rejimlə daim əlaqədə olur və şəhərlərin işğalda olmasına fərq qoymadan qardaşlaşmış şəhərlər elan edirdilər. Fransa bir erməni Makronun güdazına gedərək Qafqazdan it kimi qovulacaq. Bunu etməliyik…