29 Dek 15:58GÜNDƏM / QANUN

Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Femida.az-ın məlumatına görə, 5 fəsil 16 maddədən ibarət olan qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyir, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 16-cı maddəsinə əsasən, bu qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-XII nömrəli qanunu ləğv edilir.

Qanun layihəsi üçüncü oxunuşda müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ