04 Yan 14:37GÜNDƏM / POEZİYA

VAXTIM OLMADI BAXMAĞA...

VAXTIM OLMADI BAXMAĞA...

EL BƏYİ

27 yaşıma...

Bu dünya bir güzgü imiş,
Vaxtım olmadı baxmağa...
Dünyanı pislik bürüdü,
Bir dağ tapmadım çıxmağa.

Hər yan şaxta, hər yan sazaq,
Yığdım odun, qucaq-qucaq,
Yanmadı çatdığım ocaq,
Ha sürtdüm daşı çaxmağa.

Sağım nakəs, solum nadan,
Adam alan, adam satan,
Yolu kəsdi, kötük adam,
Gücüm yetmədi yıxmağa.

Fələk mənə nə pay verdi?
Nə dinlədi, nə hay verdi.
Arzulardan da çay verdi,
Yataq vermədi axmağa.

Bunca ilim müşkül, qovğa,
Yük qalmayıb daşımağa,
Nə heyim var, yaşamağa,
Nə yaxasın buraxmağa...

MƏHŞƏRƏ QALDI

Mən bəri taydayam, sən o taydasan,
Arada sıldırım bir dərə qaldı.
Bu gecə son gecəm, əcəl göz tökür,
Həkimin dərmanı səhərə qaldı.

Sevgim ünvanını düz götürmədi,
Solan çiçəkləri yaz bitirmədi,
Mənimki dünyayla düz gətirmədi,
Onunla hesabım məhşərə qaldı...
VAXTIM OLMADI BAXMAĞA...

VAXTIM OLMADI BAXMAĞA...
Şərh əlavə etmək
Adı:
E-Mail Ünvanı:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu girin:

AZƏRBAYCAN VƏTƏN MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYİ