DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» — 2016

Xristianlıqda yüzlərlə təriqət mövcuddur. Lakin bu təriqətlər arasında, yalnız monofizit xristianlara qarşı mübarizə var. Buna səbəb isə bu təriqətin Tanrıçılığa və İslam dininə yaxın olmasıdır. Bizim isə hər təriqətə xərclənəcək qədər enerjimiz və qeybətə vaxtımız var. Min üç yüz ildən artıqdır ki, İslam aləmində sünni-şiə qarşıdurması hər an alovlana biləcək barıt çəlləyinə bənzəyir.


İslam aləmi yəhudilərin hədis tələsinə asanlıqla düşdü. Bu gün isə bu uydurma hədisləri bildiklərinə görə aramıza saxta üləmalar, şeyxlər, mollalar, xoca-əfəndilər və s. doldurublar. Bu “qaloqramsız” şəxslərin hər iki cəbhədə hədyanları hesabına, uydurma hədislərə görə müsəlmanlar yüz illərdir bir-birilərinə kafirlər kimi baxmaqdadırlar. “Müsəlman mömin qardaşının eybini örtməli olduğu” halda, hər bir hədisi Peyğəmbər (s.ə.s) göstərişinə əsasən “Qurani-Kərim”lə tutuşdurmaq əvəzinə nadancasına türk millətini də cahiliyyətə sürükləməkdədirlər.

Mən inanc baxımından şiəyəm. Amma bu, mənə sünni qardaşlar barədə fətva vermək şansı verməz. Əfsuslar olsun ki, Türkiyədə, hətta ən üst səviyyədə şiələrin, ələvilərin arasında Ömər, Əbubəkr, Osman adlarının uşaqlara verilməməsi, “şiələrin yalançı olması” kimi gülünc iddialar ortaya atılır.


Öncə bildirim ki, qardaşımın ilk nəvəsinin adı Ömər, əmim oğlunun adı Bakir və bölgəmizdə isə onlarla Osman adlı adam var. Tam mühafizəkar bir şiə kəndinin kolanı (kolanlı adıyla Türkiyədə də yaşayırlar – müəl.) əhalisi bu adlardan istifadə edir. Amma artıq köhnəlmiş ərəb adlarından Türkiyənin heç özündə də istifadə etmirlər. Yaxud İslam dininin hansı bir kitabına görə bu haqq yolla gedən xəlifələrin (xülafa ər-raşidin – müəl.) adlarının övladlara qoyulması məcburidir? Yəni adım Ömər olmasa da Allahımı Ömər adlı şəxsin sevdiyi qədər sevə bilərəm. Kimin kafir, kimin inanclı olmasını yalnız və yalnız Tanrı müəyyən edə bilər. Avropa xristiançılığından və yunan fəlsəfəsindən əxz olunan inkvizisiya üslubu müsəlman dininə aid deyil. İslam dinində dinlərarası qardaşlığa (əhli-kitab) yol varsa, məzhəblərarası düşmənçiliyə yol verilə bilməz.


Roma Papasına “Heç Tanrının da oğlu olar?” – deyə tənə edən Attilanın övladlarıyıq və bu gün sünni və şiə adıyla bölünməyə ixti-yarımız yoxdur. Hərənin inancı onun Tanrını tanıma üsuludur. Bu üsulu qiymətləndirmək isə Allahın işidir. Bu gün Allah adından hər hansısa şeyxin, müftinin fətva verməsi kafirlikdən, şirkdən savayı bir şey deyildir.

Ensiklopedik və statistik bilgilərə görə, sünnilük həmişə sayca üstün cərəyan olmuşdur. Sünn, sünnə – Peyğəmbərin (s) ölümündən sonra təqlid əsasında onun adından yaradılmış və Quranda olmayan şəri qanun, adət, ənənə, qaydalardır. Sünn üçün Quranın dedikləri məcburi deyil. Sünn ilə Quran arasında ehkami ziddiyyətlər var. Məzhəb imamlarının dediklərini müdafiə edib tərəfdar olanlar sünni adlanır. Dörd məzhəb imamının görüşləri əsas götürülür.


Şiəlik İslamın birinci əsrinin birinci yarısında ortaya çıxıb. İlk vaxtlar şiələr müsəlmanlar içərisində xüsusi qrup təşkil edirdilər. Bu qrup Əlinin (ə) tərəfdarları idi. Şiələrin dediyinə görə, vəlayət, xilafət Əlinin (ə) haqqıdır. Peyğəmbərdən (ə) sonra Əlinin (ə) xəlifə olmasını və xilafətin onun övladlarına keçməsinin tərəfdarlarıdır. İbadətlərində imam Əli (ə) və onun tərəfdarı olmuş səhabələrin görüşləri əsas götürülür. Şiəlikdəki əsas cərəyan tərəfdarlarının 12 imam, yəni “Əsna Əşara” müqəddəs sayılır.

Bu iki məzhəb arasında düşmənçiliyin kökündə ərəblərin hakimiyyət uğrunda mübarizəsi dayanmaqdadır. Sünnilər Quranla birlikdə sünnəni tanıyır, xəlifəni isə dini başçı, rəhbər hesab edirlər. Şiələr isə Quranla birlikdə İmam Əli (ə) vəlayətini, 12 imamın rəhbərliyini qə bul edirlər. Bu cüzi fərqlərdən yaradılan düşmənçiliyin vəbalı kimlərin boynundadır?


İnternet əsri olduğundan günümüzü dəyərləndirmək asanlaşıb. Bu gün Azərbaycan və Türkiyə adından deyərdim ki, sünnilər şiələrə qarşı daha aqressivdirlər. Özünü türk sayan birisi cüzi bir yanlışlıq duyan kimi içindəkini çölə tökür. Əlbəttə ki, onların dönmə türklər olduğunu, “həpimiz erməniyiz!” (əslində hayız deməliydilər – müəl.) deyənlərin övladları olduğunu düşünürəm. Amma bu yanlışı düzəltmək istəyənlərin həddindəın az olduğunu görüncə qorxuram. Türkün gələcəyinin qaranlıq bir dalana, dumanlı bir vadiyə, susuz bir səhraya düşəcəyindən qorxuram. Yeddi türk dövlətinin qeyri-rəsmi şəkildə bir-iki görüşündən başqa irəliyə bir addım belə atılmamasından qorxuram. Türkiyənin Səlcuqlu və Osmanlı imperiyasından genetik miras olan beynəlmiləlçi ruhundan qorxuram.
Türkün şiə, ələvi, xristian və sünni kimi bölünməsi qorxulu deyil.

Çünki bütün belə məqamlarda bizi birləşdirə bilən bir məqam öz varlığını qoruyur. Bu, bizim Türklüyümüzdür. Biz bunu qorumalı və bunun ətrafında birləşməliyik. Fərqli inanclarla Allaha yürüdüyümüz kimi, fərqli olmayan kimliyimizlə Türklüyümüzə doğru yürüməliyik. Bu yolda bizi birləşdirən səbəblər deyil, bizləri ayıran səbəblər qabardılır. Ərəblərdən fərqli olaraq türk millətinin 90 faizi bu din yolunda baş qoymuşlar. Ona görə də bizləri birləşdirən səbəblər daha çox olmalıdır. Birinci səbəb türklüyümüzdür. İkinci səbəb bir olan Allaha, Onun Peyğəmbərinə (s.ə.s) və Onun nazil etdiyi Qurani-Kərimə inanmağımızdır. Üçüncü səbəb isə, Peyğəmbər (s.ə.s) və onun Əhli-Beytinə, dörd mömin xəlifəsinə qarşı törədilmiş ərəb xəyanət və cinayətlərində Türk Ulusunun əlinin olmamasıdır. Öncə Allahın, sonra Peyğəmbər (s.ə.s) və onun Əhli-Beytinin qarşısında Türk Ulusunun alnı açıq, üzü ağdır. Allahın bu xəyanətlərin cəzasını türkün qılıncıyla verməsini ərəb də, fars da və qeyri-müsəlmanlar da yaxşı bilir.


Türkləri birləşdirəcək əsas məqamlar bunlarla bitmir. Bu məqamlar yüzlərlədir. Əsas birləşməyə meylimiz olsun. Yazıqlar ki, biz birləşmək üçün deyil, ayrılmaq üçün səbəblər axtarışındayıq. Eyni Allaha, eyni Peyğəmbərə (s.ə.s) inanan bir qövmün birlik gətirən səbəblərdən qaçması, ucuz qeybətlər hesabına gedəcəyimiz yolların üfiqlərini görünməz etmişdir.


Bu yaxınlarda Rusiyanın “Rossiya” telekanalında Mariya Sitteldən bir pritça dinlədim. Onu sizlərə təqdim etməyi özümə borc bildim. Çünki bu, imanlı bir xaçpərəstin bizlərə keçə biləcəyi bir dərsdir: “Bir hamilə qadının bətnində əkiz uşaq vardı. Körpələrdən biri imanlı, o birisi isə imansızdı. Biri o birisindən soruşur, sən doğuşdan sonrakı həyata inanırsanmı? İmanlı olan uşaq cavab verir: “Əlbəttə, inanıram. Doğuşdan sonrakı həyata hamı inanır. Biz doğuşdan sonrakı həyata hazırlaşmaq üçün buradayıq.” İmansız deyir: “Bu axmaq-lıqdır. Doğuşdan sonra həyat yoxdur. Yox əgər varsa, sən o həyatı təsvir edə bilərsənmi? Doğuşdan sonra həyatmı olar?” İmanlı olan cavab verir: “Dəqiq deyə bilmərəm, amma onu bilirəm ki, orada işıq və sevinc var.

Orada yeməyi öz ağzımızla yeyəcəyik.” İmansız deyir: “Bu gülməlidir, bizim qidamız göbək bağıdır. Özü də oradan kimsə qayıtmayıb. Doğuşdan sonra həyat bitir.” İmanlı cavab verir: “Dəqiq bilmirəm həyat necə olacaq, amma bilirəm ki, doğuşdan sonra anamızı görəcəyik. O, bizim qayğımıza qalacaq.” İmansız: “Nə, Ana? Sən Anayadamı inanırsan? O, haradadır?” İmanlı dedi: “Hər yerdədir, ətrafımızdadır. Onun sa-yəsində yaşayırıq. Onsuz biz heç kimik.” İmansız dedi: “Axmaqlıqdır. Mən Ana-zad görməmişəm. Deməli, heç belə bir şey də yoxdur.”

İmanlı dedi: “Mən səninlə razı deyiləm. Ətrafımızda səssizlik olanda biz onun nəğmə oxuduğunu eşidə bilərik. Bizi sığalladığını duya bilərik. Mənə belə gəlir, əsl həyat elə doğuşdan sonra başlayır. Sən buna inanmırsan?


Bəs siz necə? İnanırsız?”


Heç bir şərh vermədən, reallığa qayıdıram. Ömrünü saqqal uzatmağa sərf etmiş “din adamları” var ki, əlində tutduğu bəzi hədis kitablarından “Peyğəmbərimizin (s.ə.s) ayaq üstdə, başqa bir hədis kitabından isə “oturuqlu sidiyə getməsini” anlatmağa çalışırlar. Heç gör dəxli var? Məhz bu səviyyəli adamların hesabına diqqəti özlərindən uzaqlaşdırmaq üçün sünni – şiə – ələvi davasını ortaya atıb fətvalar verirlər. Məzhəblər deyil, savadsız üləmalar dindən çıxmış hesab olunmalıdırlar…


Türkiyədə yanlış təriqətlərin, saxtakar üləmaların, fırıldaqçı xoca–əfəndilərin, ateistlərin, yalançı mehdilərin, savadsız tarixçilərin qonşu İran və Rusiyadan çox olması (Türkiyə böyük dövlətlərlə müqayisə olunmalıdır – müəl.) xarici kəşfiyyatın, masonların, bu ölkənin və türkün dirçəlişindən əndişə duyanların əməllərinin nəticəsidir. Onlar insanımızın başını olduqca gərəksiz mövzularla qatmağa çalışırlar. Məhz məzhəblərarası qısqanclığın alovlandırılması da bu mövzulardan biridir.

Hələ XIX əsrdə Böyük Azərbaycan filosofu Camaləddin Əfqani öncə İslam birliyi ideyasını irəli sürsə də, sonra insan cəmiyyətində fərdlərin varlığını müəyyən edən başlıca amilin milli-irqi birlik olmasını anladı. Onun irəli sürdüyü ideyanı türk dünyası bu günədək tam anlaya bilmir, ya da anlamaq istəmir. Hətta yəhudi-fars tör-töküntüsünün cocuqları bu böyük alimi masonluğa işləməkdə suçlayır, hətta uydurma ad qoyaraq guya onun “Şərq ulduzu” mason Lojasında № 1355-lə qeydiyyatda olduğunu dedilər…


Ardı var

Bu xəbəri paylaşın: