«Salam olsun Şəhidlərə» adlı voleybol idman yarışı keçirildi

Bu gün 25.İyul. 2024 – ci il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbəsi Şəhidlərin xatirəsinə həsr edilmiş “Salam olsun Şəhidlərə” adlı voleybol idman yarışının açılışı keçirildi.
Tədbir S.Vurğun adına Bankə 2 saylı maktəbin voleybol meydançasında baş tutdu.
Tədbirdə Neftçala rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbə müdiri Həsənov İlqar Mikayil oğlu Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun müdürü Araz Əhmədov, Neftçala Rayon Polis Şöbəsin əməkdaşları, Neftcala RMX tip işçiləri, İlahyatçı Mirseymur Əliyev, Şəhid ailələri, Qazilər və Bankə qəsəbəsinin sakinləri işdirak edirdilər.
Tədbiri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın süverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edərək açıq elan edildi. və Dövlət himni səsləndirildi.
Tədbirdə ilk söz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri Mübariz Eldar oğlu Hüseynova verildi. O, sözlərini bu misralar ilə başladı:
Vətən mənə oğul desə nə dərdim
Mamır olub qayasında bitərdim
Daha sonra, bildirdi ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB ) Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, müharibə veteranlarını öz ətrafında birləşdirən içtimai təşkilat kimi 1994 -cü ildən fəaliyyət göstərir.
Hazırda AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla təşkilatın sıralarında 89 mindən çox üzvü var.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) yarandığı gündən dövlətçiliyimizi, müdrük dövlət xadimi ümummilli lider Heydər Əliyevin və onun davamçısı, müzəffər ali baş komandan Prezident İlham Əliyevin siyasətini daim dəstəkləyən ictimai təşkilat kimi fəaliyyət göstərir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bir aparıcı təşkilat olaraq gördüyü işlər, Azarbaycanda baş verən hadisələr və dünyada baş verən hadisələr barəsində Fədai. az, Veteran. az adlı internet mətubatında, o cümlədən «Veteran TV» internet televiziyasında yayımlayır.
“Bu yarışda oynayan 10 komando hamısı bizim üçün qalib komandadır, çünki bu oyun şəhidlərimizin adına qurulmuş bir turnirdir”
Sonra söz Neftçala rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbə müdiri Həsənov İlqar Mikayıl oğluna verildi.
Qonaqları salamlayan İlqar müəllim təşkilatcılığa görə AVMVİB sədri Füzuli Rzaquliyev başda olmaqla bütün üzvülərinə dərin minnətdarlığını bildirdi.
Söz İlahyatcı Mirseymur Əliyevə verildi.
Natiq Şəhid ailələrini salamladı və bu qələbə hamının qələbəsidir nə yaxşı ki belə tədbirlər keçirilir və bu keçirilən tədbirlər şəhid ailələri üçün bir fəxrdir və öz növbəsində tədbirin təşkilatçısı Seyyid Mübariz ağaya (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov) öz minnətdarlığını bildirdi. Və bütün şəhid atalarını yanına çağıraraq onlara söz verdi.
Şəhid ataları Tədbirin yüksək səviyyədə keçirildiyini və tədbirin təşkilatçılarına öz təşəkürünü bildirdilər.
Sonda təşkilatın rəhbəri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun müdrü Araz Əhmədova söz verdi.
Söz vermədən əvvəl Şəhid ailələrinin yanında bir sözlü müqavilə imzaladılar. Belə ki Mübariz Eldar oğlu Araz Əhmədovdan söz aldı ki, Hər il fərqli –fərqli idman oyunları təşkilində AVMVİB Neftçala rayon şöbəsinə yaxından dəstək olacaq və şəhidlərin daima adının əbədiləşdirilməsi üçün əlindən gələn köməyi göstərəcək. Araz Əliyev bu sözlü müqaviləyə tam dəsdək olacağına Şəhid ataları yanında söz verdi və qonaqlar gurultulu alqışla Araz müəllimə öz təşəkürünü bildirdilər.
Tədbirin ilk hissəsindən sonra oyun başladı. Oyunu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov “Biz Şəhidlərin yadigarıyıq Şəhidlər ölməz Vətən bölünməz” deyərək topu oynçulara verdi.
İlk oyun Bakə komandası ilə Surra “Şəhid Vasif Mehbaliyev” komandası arasında oldu. Oyun 3-0 hesabı ilə Bankə komandası qalib gəldi
İkinci oyun FHN – Bankə “Şəhid Məhəmməd Zeynalov” komandası arasında oldu. Oyun 0-3 heabı ilə Bankə “Şəhid Məhəmməd Zeynalov” komandası qalib gəldi.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri
Mübariz Eldar oğlu Hüseynov

Whats-App-Image-2024-07-25-at-22-58-40-1 Whats-App-Image-2024-07-25-at-22-58-40-2
Bu xəbəri paylaşın: