Daha bir qazimiz «Böyük Zəfər» medalı ilə təltif olundu

Əfqanıstan Müharibəsi və Birinci Vətən Müharibəsi Qazisi, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində arxa cəbhədə xidmət etmiş Qazimiz Eyvaz Atayev Böyük Zəfər medalı ilə təltif olundu. Müharibə Qazimiz Eyvaz Atayev daim dövlət və dövlətçiliyimizin yanında olaraq gənclərimizə vətənpərvərlik nümayiş etdirmiş və gənclərimizin Vətənpərvər böyüməsi üçün əlindən gələn köməkliyi əsirgəməmişdir. Eyvaz Atayev daimi Ölkə Başcımız, Ali Baş Komandan İlham Əliyevin yumruq kimi birləşməsində və Vətən uğrunda şəhid olmağa daimi hazır olduğunu nümayiş etdirmişdir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Tərtər rayon şöbəsi Eyvaz Atayevi «Böyük Zəfər» medalı ilə təltif etmişdir.

Bu xəbəri paylaşın: