Təbrik: Rafiq Qaçayev — 65

Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Qəbələ rayon şöbəsinin sədri Qaçayev Rafiq Zinhar oğlunun yubileyidir. Onun 65 yaşı tamam olur. O, 1961-ci ilın iyul ayının 26-da Azərbaycan Respublikasının Qəbələ rayonun Vəndam kəndində zəhmətkeş ailədə dünyaya göz açmışdır.

Qaçayev Rafiq Zinhar oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə və Daxili İşlər orqanlarında xidmət keçmiş vətənpərvər oğullarımızdandır. Hazırda istefada olan polkovnik-leytenant Rafiq Qaçayev 42 ildən çoxdur ki, ömrünü Vətənə şərəflə xidmətdə keçirmişdir. Azərbaycanın Ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli və Cəbrayılı rayonları istiqamətində) gedən döyüşlərdə iştirak etmiş və ona həvalə edilmiş vəzifə və döyüş tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, respublikada asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə öz xidməti və ictimai vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə görə dəfələrlə təltif edilib.

Bu gün də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sıralarında yorulmadan fəaliyyət göstərən Qaçayev Rafiq Zinhar oğlunu AVMVİB rəhbərliyi, onun iş və döyüş yoldaşları, dostları və yaxınları ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı arzulayırlar.

AVMVİB Mətbuat xidməti

image-141-768x882 image-142 image-143

image-144 image-145
Bu xəbəri paylaşın: