AVMVİB nümayəndə heyəti Laçın rayonunda səfərdə olmuşdur

İyulun 8-də Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Laçın rayonunun ilk şəhidi Nəbiyev Əli Məhəmməd oğlunun xatirəsi üçün inşa edilmiş bulağın açılış mərasiminə qatılmışdır. Mərasimdə AVMVİB Laçın rayonunun sədri Rasim Hüseynov və üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, Vətən müharibəsi veteranları və digər qonaqlar iştirak etmişlər.

AVMVİB sədri Füzulıi Rzaquliyev tədbir iştirakçəlarını salamlayaraaq təşkilatın keçdiyi şərəfli tarixi yoldan bəhs etmiş, Laçın rayonunun müdafiəsi və azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıqlarından danışmış, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəsmi qeydiyyata alınması istiqamətində tarixi tövsiyəsini və təşkilatın gələcək fəaliyyətində, Vətən müharibəsi veteranlarına, qazilərə və şəhid ailələrinə dövlət qayğısının və diqqətinin artırılması istiqamətində müstəsna xidmətlərini yüksək qiymətləndirmiş, Ümummilli Lider Heydər Əliyevin bütün istiqamətlərdə, xüsusi ilə ordu quruculuğunda Ali Baş Komandan İlham Əliyev cənablarının davam etdirdiyi uğurlu siyasətinin nəticəsi kimi Azərbaycanın öz suverenliyini əbədi bərpa edərək tarixi Böyük Zəfər qazandığını, şəhidlərimizin ruhlarını şad etdiyini, onların qanlarının yerdə qalmadığını vurğulamışdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məmmədov Məsim Əhməd oğlu Vətən müharibəsi veteranlarına, şəhid ailələrinə və qazilərə göstərdiyi həssas və qayğıkeş münasibətə görə təşkilatın Fəxri Fərmanı ilə təltif edilmişdir.

Daha sonra AVMVİB İdarə Heyətinin qərarı ilə AVMVİB sədri Şəhid Əli Nəbiyevin ailəsinə təşkilatın təsis etdiyi «Böyük Zəfər» medalını təqdim etmişdir.

P.S. Tədbirdə fəallığına görə, AVMVİB-in üzvü Ədalət Mustafayevə öz təşəkkürümüzü bildiririk.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-07-14-at-16-18-08

Whats-App-Image-2024-07-14-at-16-18-08-1

Whats-App-Image-2024-07-14-at-16-18-08-2

Whats-App-Image-2024-07-14-at-16-18-09-1

Whats-App-Image-2024-07-14-at-16-18-09-2

Whats-App-Image-2024-07-14-at-16-18-10-1

Whats-App-Image-2024-07-14-at-16-18-11

Whats-App-Image-2024-07-14-at-16-18-11-1

Whats-App-Image-2024-07-14-at-16-18-12

Bu xəbəri paylaşın: