Şərəfli ziyalı ömrü

Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur.

1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil almışdır. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. 2001-2005-ci illərdə Dərbənd Humanitar Universitetinin Filologiya fakültəsində Rus dili və ədəbiyyatı ixtisası üzrə 2-ci ali təhsil almışdır.

Fəaliyyətinə SSRİ-nin süqutundan sonra səhmdar cəmiyyətini yaradıb və Türkiyə, Ukrayna və İsveçrədə əməkdaşlıq edərək bizneslə məşğul olmuşdur. 1995-ci ildən o, heraldika müəllif şirkəti yaratmışdır. Azərbaycan üçün suvenirlər və mükafatlar, orden və medallar istehsal edən fabrikə rəhbərlik edib, bu günə kimi fabrikin təsisçisidir.

1998-ci ildə “Azərbaycan Dünyası” beynəlxalq jurnalını yaratmışdır. Hal-hazırda jurnalının təsisçisi və baş redaktorudur. Jurnalın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İsrail, ABŞ, Moldova, Ukrayna, Rusiya, İsveçrə, Almaniya, Rumıniya və digər dünya ölkələrinə həmçinin dünya Azərbaycanlılarına həsr olunmuş bir çox layihələri var. Jurnalın bütün nömrələri və xüsusi buraxılışları ilə www.mir-azerbaydjana.az saytında tanış olmaq mümkündür.

2013-cü ildən Azərbaycan Veteranlar Təşkilatının İdarə Heyətinin üzvüdür. 2016-cı ildən Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidentidir.

Fəxri adlar və mükafatları

2008-ci ildə «Qızıl qələm» mükafatı.
2010-cu ildən Dağıstan Respublikasının Dərbənd şəhərinin fəxri vətəndaşıdır.
2013-cü ildən Şimali Kipr Türk Respublikasının Demokrat Partiyasının Azərbaycandakı fəxri nümayəndəsidir.
2016-cı ildə «Azərbaycan Xalq Diplomatiyası» mükafatı.
2017-ci ildən İstanbul “Yeditepe” Universitetinin Fəxri doktorudur.
2019: BMT-nin nəzdində Beynəlxalq İctimai Fondunun — «Altın Kıran» ordeni (Qızıl Qartal). (Almatı, Qazaxıstan). Bu mükafat Qazaxıstanda ən ali mükafatdır.
2019: Əl-Farabi adına Qazax Xalq Universitetinin (KazNu) yubiley medalı (Almatı).
Bir çox Avropa və beynəlxalq universitetlərin fəxri professorudur.
Qazaxıstan Respublikasının “El Ardaktysy” medalı (Millətin fəxri) (Türküstan şəhəri, Qazaxıstan).
Mesenatlığına görə Ukrayna Pravoslav Kilsəsinin «II Müqəddəs Vladimir» orden mükafatlarına yiyələnmişdir. 75-illik yubiley münasibətiylə AVMVİB-nin sədri hörmətli Füzuli Rzaquliyev və kollektiv adından Eldar ismayılova möhkəm can sağlığı arzu edərək gələcək işlərində uğurlar arzulayırıq.

AVMVİB Mətbuat xidməti

Whats-App-Image-2024-07-07-at-11-48-54

Whats-App-Image-2024-07-07-at-11-51-22

Whats-App-Image-2024-07-07-at-11-53-13

Bu xəbəri paylaşın: