Şəhid qanı axmayan torpaqdan Vətən olmaz

Bu gün 18 İyul 2024 — cü il Neftçala 31 ildən sonra öz Şəhidini doğulduğu Aşağı Qaramanlı kəndinə qaytardı. Neftçala rayon, Aşağı Qaramanlı kəndinin igid qəhrəman övladı Kərimov Yaşar Ələkbər oğlu 12. 04. 1967 – ci ildə kasıb bir ailədə dünyaya göz açmışdır. 1985 — 1987 – ci illərdə həqiqi həri xidmətini kecmiş SSR – də başa vurduqdan sonra vətənə dönmüşdür. Evləndikdən sonra Elmir adında bir oğlu dünyaya gəlmişdir. Elinə-obasına bağlı olan Yaşar Ələkbər oğlu vətənin ağır zamanlarında əlinə silah alaraq Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki 708 saylı hərbi hissədə xidmət etməyə başlayır. 23.07.1993 – cı ildə Ağdam rayonu ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Məzlum Ana, beli bükülən 85 yaşlı Ana hər yerdə deyərdi “ Nə Yaşar gəldi, nə də Əzrayıl ”.

Fəlsəfi olaraq bu sözün mənasını anlamaq və anladıqdan sonra yaşamaq, övladı itkin düşən ailə üçün çox cətin idi. Elə bu səbəbdən də Yaşarın atası Ələkbər kişi oğlunun həsrətinə dözməyib oğul deyə — deyə dünyasını dəyişdi. Hələ gəcliyini tam anlamayan, yeni gəlin köçmüş Şəhidin həyat yoldaşı bir oğul övladı ilə Yaşarın yolunu gözləyirdi. Amma gəl ki, həsrətin ağırlığı onu da bu fani dünyadan apardı. Elmir bir tək qoca nənəsi ilə yaşayır və ümüdlə atasının yolunu gözləyirdi.

Atasının xatirəsini əbədiləşdirmək üçün Elmir oz oğluna Şəhid atası Yaşarın adını verdi. 2024 – cü il İyun ayının 18-i həsrətə son qoyuldu, gözləri yollarda olan Ananın başına, başda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Rayon Ağsaqqallar şurasının, Rayon İcitmai şurasının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, din xadimləri, Şəhid ailələri, qazilər və AVMVİB Neftçala rayon şöbəsinin idarə heyyəti və üzvüləri — hamı şəhidin yolunu gözləyirdi. Şəhidin nəşi Neftçalanın girişində izdihamla qarşılandı. 31 il sonra Yaşar öz evinə döndü. Toplanaların içində nəzərimə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və onun əlindən tutan, əli bayraqlı bir uşaq var idi. Bəli, bu Şəhid Yaşar Ələkbər oğlunun nəvəsi Yaşar Elmir oğlu idi. O da hamı kimi babasını son mənzilə yola salırdı. Şəhid Yaşar Ələkbər oğlunun nəşi Bərdə rayonundan tapılaraq, Bakı şəhərində DNT analizi olunduqdan sonra doğulduğu Aşağı Qaramanlı kəndindəki kənd qəbirstanlığında dəfin edildi. Allah Bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!! Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından, Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.

Mübariz Eldar oğlu Hüseynov
AVMVİB Neftçala rayon şöbə sədri

Bu xəbəri paylaşın: