Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev 22 iyul — Milli Mətbuat Günü münasibəti ilə xalqımıza, jurnalist və mətbuat işçilərinə təbrik ünvanlamışdır. Təbrikdə deyilir:
«1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist və mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni bir səhifə açılıb. Bu əlamətdar tarix və Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm yer tutur..
Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sıralarında çoxsaylı jurnalist və yazıçılar da vardır. Böyük təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Milli Mətbuat Günümüzü Azərbaycanın ilk döyüşçü jurnalistini, Qarabağ müharibəsi veteranı, AVMVİB-in Mətbuat xidmətinin rəhbəri, mərhum Xaqani Ədəboğlu olmadan qeyd edirik. Amma o indi haqq dünyasında olsa da, onun məktəbini keçmiş yetirmələri bu gün onun bu müqəddəs işini uğurla davam etdirirlər.
Bu əlamətdar gün münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistlərimizi və qələm əhlini təbrik edirəm».
AVMVİB Mətbuat xidməti