Şəhid Ağamalıyev Rövşən Baloğlan oğlunun Anım Günü keçirildi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Neftçala rayon şöbəsi sədiri, idarə heyyəti və üzvləri ilə birlikdə Şəhid Ağamalıyev Rövşən Baloğlan oğlunun anım mərasiminə toplaşdıq.
Azərbaycan Vətən evladının Neftçala rayonu Bankə qəsəbəsinin igidi Ağamalıyev Rövşən Baloğlan oğlunun 07.09.1975-ci il tarixində Neftçala rayon, Bankə qəsəbəsində anadan olmuşdur. Rövşən eyni zamanda ən gənc şəhid və Neftçala rayonunda itkin şəhidlər sırasındadır.
Rövşən Baloğlan oğlu 17 yaşında M/N tərkibindəki 709 saylı h/hissədə, cəbhənin ön xəttində xidmətə başlamışdır. 23.07.1993 -cü ildə Ağdam rayonu ətrafında gedən döyüşlərdə, döyüş əmirini yerinə yetirərkən İtkin düşüb.
Rövşən Baloğlan oğlu müqəddəs ruhu şaddır, çünki onların qanı tökülən torpaqlarda Azərbaycanın şanlı bayrağı dalğalanır.
Tədbirdə Şəhid atası Ağamalıyev Baloğlan Rəhman oğluna təskinlik verərək xatirə şəkili çəkildi.
Allah bütün Şəhidlərin Ruhunu Şad eləsin Amin !!!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və “Qocalar Döyüşə Gedir” qrupu adından şəhid ailələri «Başın sağolsun, Vətən» deyib Şəhid Ağamalıyev ailəsinə və yaxınlarına səbr diləyirik.

Mübariz Eldar oğlu Hüseynov
AVMVİB Neftçala rayon şöbə sədri

Whats-App-Image-2024-07-23-at-21-15-39 Whats-App-Image-2024-07-23-at-21-15-39-1 Whats-App-Image-2024-07-23-at-21-15-39-2 Whats-App-Image-2024-07-23-at-21-15-39-3

Whats-App-Image-2024-07-23-at-21-44-10
Bu xəbəri paylaşın: