TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN

Vətən tarixini bəyənməyənlərin menyüsünə…

Bəzi sapı bizdən olan erməni dəhrələri AZƏRBAYCAN adının sonradan uydurulduğunu tez-tez paylaşırlar. Xüsusən etnik separatizmə meyilli antitürk ünsürlər tez-tez bu cür boşboğazlıqlara yol verirlər. Birincisi, bildirim ki, çapa hazırladığım «Dilin tarixi, tarixin dili» adlı kitabımda həm Azərbaycan adının həqiqi mənasına, həm də bu adın qədimlikdə tarixlə yaşdaş olmasına geniş yer vermişəm. İkincisi, o faktları kitabdan öncə yaymaq istəmədiyimə görə daha üzdə olan bir-neçə faktı diqqətinizə çatdıracağam.

İlk olaraq dahi Nizami Gəncəvi böyük şair omaqla yanaşı, həm də Şərq tarixinin, xüsusən də Türk tarixinin gözəl bilisi oub. O, «İsgəndərnamə» poemasında «Xəzər dənizindən Çin dənizinə hər yeri türkə məxsus olduğunu» yazmaqla yanaşı bir neçə yerdə İsgəndərlə görüşə gələn Böyük Azərbaycan elçisindən söz açır. Yəni eradan əvvəl baş verən «türk canlı, rum qiyafəli İsgəndər» (N. Gəncəvi) dediyi sərkərdənin yürüşü zamanlarında bu adı çəkməsi təsadüf deyil. E.ə. 336 — E.ə. 323-cü illəri əhatə edən hadisələr zamanı Böyük Azərbaycan adı çəkən şair, əsərdə Firdovsini yalançı adlandırır. Yəni eradan əvvəl zamanda çəkilən «Azərbaycan» adını görmək istəyənlər əsəri bir də vərəqləsinlər.

Ukraynada qəsəbə SİROQUZI-SAR OĞUZLAR

Yaxud İrəvanda ermənilərin sevə-sevə bütün əsərlərini çap etdikləri qondarma akadmikmiz İqrar Əliyev («Azərbaycan tarixi»), yunan mənbələrində rast gəldiyi «Madi Atropaten» sözünü «Midiyalı Atropat» kimi yozur (e.ə. VIII əsr), Eradan əvvəlki mənbələrdə verilən bu ad əslində «Azərbaycan Midiyası» anlamında işlədilib. Avrosentristlərin sifarişiylə milli satqınlarımız və rus-fars cızmaqaraçılar belə bir satrap uydurdular. «Midiya satrapı Atropat bu döyüşdə özündən asılı olan kadusilər, qafqaz albanları və sisaklarla ittifaqda vuruşmuş, madayların süvari və piyada dəstələrinə başçılıq etmişdi. Çağdaş tarixçilər belə hesab edirlər ki, o dövrdə Atropat orta əsrlər Azərbaycanının bütün ərazisini, həmçinin Böyük Midiya torpaqlarının bir hissəsini öz tabeliyində saxlayırdı. Həmin döyüşdən sonra Dara Ekbatana qaçır və Atropat tərəfindən sığınacaq verilir. E.ə. 330-cu ildə yenidən qaçmağa məcbur olan Dara bir neçə ay sonra öldürülür və Atropat İsgəndərə tabe olur». Yəni İ. Əliyevin dediyi Madi Atropaten daha sonra satrap Atropata çevrildi. Nizami isə daha dəqiq olaraq budövləti BÖYÜK AZƏRBAYCAN adlandırmışdı. Yəni İsgəndərlə Azərbaycan Midiyasının elçisinin görüşdüyünü qeydə almışdı. Amma Avrosentrist kahinlərin uydurduqları tarixdə qəsdən həmişə bolluca səhvlər, yanlışlıqlar buraxmaqdadırlar. Sadəcə onların bu səhvlərini örtmələri üçün ciddi elmi mərkəzlər fəaliyyətdədirlər.

Bu tarixi faktın özündə də Azərbaycanın sak-oğuzların ölkəsi olması görünür. Herodot və Plutarxda işlənən Skuz, skluz, elə sak-oğuz deməkdir. Midiyalılar, sisaklar, albanların birgə mübarizəsinin kökü onların sak ölkələri, eyni toplum olmaları ilə bağlı idi. Sak (sang) tariximizi alt-üst edənlər bu adı irandilli elan etməyə çalışırlar, amma (X əsr) Almış xaqan öz nitqinə: «Ey mənim Sak (skif) qardaşlarım!»- deyə başlayır. Şah İsmayıl Xətaiyə Sultan Səlim rişxəndlə Sak, Əfrasiyab dediyi də məlumdur. Şah İsmayılın Sultan Səlimə skif (sak) məktubu göndərməsi də yaxın tarixin izləridir.

Digər bir yazı isə pəhləvicə Dərbənd divarlarında qalmaqdadır və burada da Azərbaycan adı işlənməsiylə yanaşı, Pəhləvi dilinin bir Azərbaycan türklərinin bir dialekt nümunəsi olmasını təsdiqləyir. Bu yazı VI əsrdə Dərbənd şəhərinin müdafiə divarlarında Pəhləvi dilində həkk edilmiş yazılardan biridir: «Dara, Adurbadaqanın amarqarı (yəni Azərbaycanın maliyyə işləri üzrə baş məmuru)» mənbə: «DARBAND EPIGRAPHY i. Middle Persian Inscriptions». Encyclopædia Iranica. 2016.

Başqa bir tərəfdən pəhləvi dilinin hansı dilə yaxınlığı mətndən aydın görünməsi izləniləndir…

Beləliklə, ermənilər sayaq Azərbaycan adının qədimliyinə şübhə ilə yanaşan erməni əlaltıları düşünün! Ya bu məmləkəti sevin, ya da tərk edin!

«TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN» yazısına söz ardı

Ötən sayımızda «TARİXLƏ YAŞID OLAN AZƏRBAYCAN» adlı yazıda sadalanmış faktlara bir «tarix» fakültəsində oxumuş tarixçi yamanca əsəbiləşdi. Bildirdi ki, sak-skif-sang-skuz və s. irandilli bir tayfadır. Sak-Oğuz haradan çıxdı? Və s. və i.a…

Ondan sak dilində neçə söz bildiyini soruşanda bu tarixçi dedi ki, mən filoloqam? Belə yerdə bərəkallah dedim və bir yazını oxuması üçün ona ünvanladım.

Bu barədə inanılmış mənbələrə əsaslanan faktlar əsasında «Tarixin dili, dilin tarixi» adlı hələ çap edilməmiş kitabımda geniş araşdırmalarım var.

Sadəcə bu tarixçiyə Ukraynanın Xerson şəhərində yerləşən Sak-Oğuz kurqanı haqqında ensklopeik məlumat verməyi özümə borc bildim. Yəqin ki, bu adamın bu arxeoloji faktdan da xəbəri yoxdur. Çox güman ki, İqrar Əliyev kimilərinin zir-zibiliylə beynini doldurublar və gözünə hər şey «iran dilli» görünür.


Oğuz-skif çar kurqanı rus vəhşiliyinə məruz qalmış bir arxeoloji abidədir. Şahidlərin dediyinə görə bu kurqandan miqdarı bilinməyən ölçüdə qızıl əşya daşınıb. 19-cu əsrdən bu kurqanda araşdırmalara başlanıb. O vaxtlar kurqanın hündürlüyü 20 metr, diametri 380 metr olub.Kurqanın mərkəzində 6 metr dərinliyində daş məzar yerləşirdi.

Məzarın yerləşdiyi toponim də açar rolunu oynayan SAROQUZ bu gün cüzi dəyişikliyə məruz qoyulmaqdadır. Əslində Sar Oğuz- Çar Oğuz anlamındadır. Azərbaycanda Sarşen, Sarsang kimi toponimlər bu gün də qalmaqdadır. Və bu sözlərin «çar şəhər», «çar sang» anlamındadır.

Ukraynada e.ə. 4-cü əsrdə Daranı, Makedoniyalı İsgəndərin atasını məğlub edən Sak-Oğuz dövlətinin qoruyucu kurqanları eyni coğrafi xətt üzrə dörd kurqan Oğuz kurqanından 100 km məsafədə Soloxa, Kozel, Çertomlık adlı kurqanlar sıralanıb.

Bu məzardan çıxarılmış tarixi incilər Ermitaj muzeyində Ukrayna inciləri adıyla saxlanılmaqdadır. Bu kurqan arxeoloqlar N. Veselovski, V. Rotom, A. Leskov, Y. Botrik və başqaları tərəfindən araşdırılıb. Y. Boltrik Oğuz kurqanının sakların əfsanəvi çarı Ateyin varisinə aid olması fikrini irəli sürüb…

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidməti

10 iyul 2019-cu il

Bu xəbəri paylaşın: