Mingəçevir şəhər Bələdiyyə sədri «virus yayır»

Mingəçevir şəhər bələdiyysinin koronavirus rejimini pozaraq pul qazanmaq ehtirasları 3 nəfər bələdiyyə işçisinin virusa yoluxmasına səbəb olub. Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev tətbiq olunan karantin rejiminin qaydalarını pozmaq tapşırığını şəhərin İcra Hakimiyyətinin Başçısının xeyir-duasıyla həyata keçirdiyi deyilir.

Son zamanlar Mingəçevir şəhərində baş verən narazılıqlarla bağlı silsilə yazılarda «kirvələr hakimiyyəti» barədə yetərli məlumatlar verilməkdədir. Amma bu dəfəki iddialar bir başa dövlətin tətbiq etdiyi karantin rejiminin Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev tərəfindən ciddi surətdə pozulması ilə bağlıdır. Aidiyyatlı orqanlar tərəfindən çox güman ki, bu faktı ciddi surətdə araşdırılacaq.

Aldığımız məlumata görə, Ramiz Əliyev qanuna zidd şəkildə işçilərlə yığıncaqlar keçirmiş və onlara saxta arayışlar verərək, onları pul yığmağa məcbur edib. İşçilərin etirazlarına baxmayaraq, bu işi İcra Hakimiyyəti Başçısının göstərişi olduğunu və polislərə tapşırıldıqlarını deyib.

Bələdiyyənin işçiləri kimi Zahid Qasımlı, Nəbi Nəbiyev, Fərhad Abdullayev, Tərlan Həsənov, Anar Quliyev, İsa İsmayılov və Mehdixan Babayevə saxta arayışlar verilib. Pandemiyaya görə tətbiq olunan karantin qaydalarını pozan Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyevin əməlləri ciddi surətdə araşdırılmalıdır.

Çünki Bələdiyyə sədri tərəfindən verilmiş arayışlar saxtadır və bazada qeydə alınmayıb. Hazırda virusa yoluxmuş Bələdiyyə işçiləri müalicə alırlar. Ümid edirik ki, ölkə rəhbərliyinin göstərişlərinə, mövcud qanunvericiliyə və əhalinin sağlamlığına laqeyd yanaşan Bələdiyyə sədri Ramiz Əliyevə «kirvə»lik kömək edə bilməyəcək. Çünki nə qanun, nə də koronavirus «kirvəliyə» baxmır.

Mövzuya qayıdacağıq…

Elnur Səlim

Bu xəbəri paylaşın: