Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurlara həsr edilmiş tədbir keçirildi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlara, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin yaratdığı yeni inkişaf mərhələsinə həsr olunmuş tədbir yüksək səviyyədə keçirildi. Tədbirin əsas məqsədi son illərdə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahələrdə qazandığı nailiyyətləri, dövlətimizin güclənməsini, xalq-ordu birliyini, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasını və milli həmrəyliyin daha da möhkəmləndirilməsini diqqətə çatdırmaq idi.
Tədbirdə çıxış edən Şəhidlər Muzeyinin sədri, general Əlövsət Qasımov Azərbaycan dövlətinin qüdrətindən, Prezident İlham Əliyevin uzaqgörən siyasətindən, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın birlik və həmrəyliyinin nəticəsi olmasından bəhs etdi. O, şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, bu siyasətin gələcək nəsillər üçün böyük örnək olduğunu bildirdi. Daha sonra “Həqiqət Tarixi” İctimai Birliyinin icraçı direktoru, şəhid bacısı Rümanə xanım çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, onların əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğının hər zaman minnətdarlıq hissi ilə qarşılandığını vurğuladı. Tədbirdə həmçinin Heydər Əliyev irsinin təbliği istiqamətində fəaliyyət göstərən birinci müavin Rəşid Həsənov, Şuşa Musiqili Dövlət Dram Teatrının bədii rəhbəri Vüsalə Allahverdiyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, polkovnik Şahin müəllim, eləcə də mayor Eyub müəllim çıxış edərək ölkəmizin qazandığı tarixi uğurlardan, dövlətimizin inkişaf yolundan, milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin daim əziz tutulmasının əhəmiyyətindən danışdılar.
Çıxışlarda vurğulandı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənərək beynəlxalq aləmdə nüfuzunu artırmış, tarixi Zəfərimiz isə ölkəmizin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Bildirildi ki, dövlətimizin uğurları hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir və bu nailiyyətlərin qorunması, gələcək nəsillərə çatdırılması hər kəsin vətəndaşlıq borcudur. Tədbir iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da yeni-yeni uğurlara imza atacağına əmin olduqlarını bildirərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər və dövlətimizin daha da qüdrətlənməsi naminə birlik nümayiş etdirdilər.
Həqiqət Tarixi İctimai Birliyin İcracı Diektoru
Şəhid bacısı Rümanə Əmrəliyeva

.jpg)


